sitename
» » » İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
Saytın xəritəsi Saytın xəritəsi

 

 İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR ---
(yeddinci hissə)

45. Üməyyə ibn Səd ibn Zeyd Tai
Kufədən idi, Həzrət Əlinin (ə) tərəfində Süffeyn savaşında fəal iştirak etmişdi. Şücaətli pəhləvan kimi tanınırdı. Məhərrəm ayının 8-də Kərbəla səhrasında İmamın dəstəsinə qoşulmağa müvəffəq olmuşdu.

46. Zahir
Bəni-Kində qəbiləsindəndir. Həzrət Əlinin (ə) yaxın silahdaşlarından olan Əmr ibn Həmiq Xüzainin ahıl yaşlı qulamı idi. Zahir Peyğəmbəri dərk etmişdi, ondan hədis söyləyirdi. Şəcərə beyətində iştirak etmişdi. Əmr ibn Həmiq Müaviyyənin əlindən qaçarkən, Zahir də onu müşayiət edirdi. Müaviyyənin adamları yolda onların izinə düşürlər. Əmr ibn Həmiq Zahirdən xahiş edir ki, onu buraxıb özünü xilas etsin. Zahir gizlənib xilas olur. Təqibçilər Əmri şəhid edib gedirlər. Zahir gizləndiyi yerdən çıxıb Əmrin cəsədini dəfn edir, sonra Məkkəyə gəlib İmam Hüseynə (ə) qoşulur. Zahir İmamla birlikdə Məkkədən çıxıb Kərbəlaya kimi onu müşayiət etmiş və Aşura günü ilk düşmənin həmləsindən müdafiə zamanı şəhadətə çatmışdır.

47. Zirğamə ibn Malik Təğlibi
Kufədə yaşayırdı. Müslim ibn Əqilin qiyamında iştirak etmiş, onun şəhadətindən sonra niyyətini gizlədərək, Ömər ibn Sədin qoşununa qatılıb Kərbəlaya gəlmişdi. Kərbəlada onlardan ayrılıb İmam Hüseynin (ə) dəstəsinə qoşuldu. Bəzi mənbələrdə onun ilk həmləni dəf edərkən deyil, günortadan sonra təkbətək savaşda şəhid olduğu göstərilib.

48. Züheyr ibn Bişr Xəsəmi İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
Onun barəsində tarix kitablarında ətraflı məlumat verilmir. Bəziləri (məsələn, mərhum Əllamə Şeyx Mühəmməd Mehdi Şəmsüddin) onu Züheyr ibn Süleym Əzdi ilə eyni şəxs hesab etmişlər.

49. Züheyr ibn Süleym ibn Əmr Əzdi
Özü və ailəsi Əhli-beytin tərəfdarı kimi tanınmışdı. İmam Hüseynə (ə) qoşulmaq məqsədilə Ömər ibn Sədin qoşununun tərkibində Kərbəlaya gəlmiş və Aşura gecəsində özü ilə eyni fikirdə olan kiçik bir dəstə ilə (32 nəfər) qoşundan ayrılıb Imama qoşulmuşdu.

50. Əmr ibn Abdullah Cündəi
Bəni-Həmdan qəbiləsindən idi, Kərbəlada İmam Hüseynə (ə) qoşulmuşdu. Bəzi tarixçilər onu Əbu Sümamə Saidi ilə eyni adam hesab etsələr də, zənnimizcə, bu fikir həqiqətə uyğun deyildir. Əmr ibn Abdullah Cündəi Aşura günündə mərdliklə döyüşüb, başından ağır yaralandı. Qohumları onu döyuş meydanından çıxarıb apardılar. Bir il ərzində müalicə olunsa da, faydası olmadı. Kərbəla faciəsindən düz bir il sonra həmin yaradan vəfat etdi.

51. Abdullah ibn Bişr Xəsəmi
Bəziləri adını Abdullah ibn Bəşir kimi yazmışlar. Həm atası, həm də özü İslam fəthlərində fəal iştirak etmişdi. Kərbəlada İmam Hüseynə (ə) qoşulmuş və ilk həmləni dəf edərkən şəhid olmuşdu.

***
Düşmənin ilk həmləsi dəf edildikdən sonra İmam Hüseyn (ə) öz şəhid olan silahdaşlarının cəsədlərini döyüş meydanından çıxarıb, çadırların yanına gətizdirdi. Sonra İmam əlini saqqalına çəkib buyurdu: "Yəhudilər: "Allahın övladı var”, - söylədikdə Allah onlara qəzəbləndi. Məsihilər: "Allah üçdən biridir”, - deyəndə Allah onlara qəzəb etdi. Məcusilər (atəşpərəstlər) Günəşə və Aya pərəstiş edəndə Allahın qəzəbinə düçar oldular. Həmçinin, Allah, onun peyğəmbərinin nəvəsini öldürmək üçün əl-ələ verib birləşmiş qövmə qəzəbləndi. Allaha and olsun ki, onların istəyini yerinə yetirməyəcəyəm (yəni Yezidə beyət etməyəcəyəm), öz qanıma bələnmiş halda Allahın hüzuruna gedəcəyəm!”

(növbəti bölümlərdə təkbətək savaşlarda şəhid olanlar haqqında məlumat veriləcək)


Natiq Rəhimov

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Şeyx Nimr kimdir?
Şeyx Nimr kimdir?
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))