sitename
» » » İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
Saytın xəritəsi Saytın xəritəsi
Həzrət Peyğəmbər(s) və İmamlardan nəql olunan hədis və rəvayətlərə əsasən, Məhərrəm ayında İmam Hüseyn(ə) üçün əzadarlıq etməyi və onun üçün ağlamağı müsəlmanlara tövsiyə edilmişdir.

Hədislərdə vardır ki, mübarək Ramazan ayında möminlərin nəfəsləri ibadət və zikr hesab olunur. Həmçinin hədislərdə gəlmişdir ki, məhərrəm ayında İmam Hüseynin(ə) əzadarlığında iştirak edənlərin nəfəs çəkməsi zikr hesab olunar və bu yolda çəkilən zəhmətlərə (məsələn, qara paltar geymək, şərbət düzəldib paylamaq, mərsiyə və növhə deyib ağlamaq, məscidləri əzadarlıq üçün təmizləmək, əzadarlıq etmək üçün pul xərcləmək və bu kimi əməlllərə) də Allah ibadət savabı yazar.

Məhərrmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Təxminən üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır.

Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə üçün biz bu işi hər il qeyd etməliyik? İkinci sual budur ki, bu mərasimlə əlaqədar nə üçün biz qara geyib, ağlayaraq əzadarlıq edirik? Olmazmı ki, bu ildönüm mərasimini şanlıq etməklə qeyd edək? Üçüncü sual isə bundan ibarətdir ki, ağlamağın özünün mənası nədir? biz İmam Hüseynə(ə) hansı mənaya görə ağlayırıq?

Burada yaxşı olar ki, qeyd olunan sualların hərəsini tək-tək cavablandıraq.

1-ci sual.

Nə üçün biz hər il məhərrəm ayının onuncu günü hicrətin 61-ci ilində İmam Hüseynin(ə) öldürülüb qətlə yetirilməsi ilə əlaqədar mərasimlər təşkil edirik?

Cavab

Bu sualın cavabı belədir ki, hicrətin 61-ci ili məhərrəm ayının onuncu günündə elə bir hadisə olmuşdur ki, biz onun yaddaşlardan silinməsini istəmirik. Bu hadiənin həmişə diri qalması üçün bu mərasimlər təşkil olunur. Əslində İmam Hüseynin(ə) bu hərəkatına hadisə demək düzgün deyil. Gələn bəhslərdə bu məsələyə işarə olunduqda məlum olacaq ki Kərbəla məsələsi hadisə deyil. Odur ki, Kərbəlada elə bir hərəkat və iş olmuşdur ki, biz heç vaxt onun yaddan çıxmasını istəmirik. Buna görə də İmam Hüseynin(ə) o hadisəsinin yaddan çıxmaması və diri qalması üçün o Həzrətin adına hər il məhərrəm ayında mərasimlər təşkil olunur və qiyamətə qədər də təşkil olacaq.

Qarşıya belə bir sual sıxır ki, bu hadisənin həmişə diri qalması və o Həzrətə hər il mərasimlər təşkil olunması kimin fikiridir? Yaxud bu mrəasim kimlərinsə könlünün istəyi ilə keçirilir?

Cavab belədir ki, o hadisənin hər il yad edib xatırlamağı şəxsən hadisə sahibinin özü və imamlar bizim üçün təyin etmişlər. Hər il İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri təşkil etməyi onlar bizim üçün müəyyənləşdirmişlər. Bu elə bir hadisədir ki, onun üçün mərasim keçirilib keçirilməmisinin ixtiyarı Peyğəmbər(s) və imamlardan başqa heç kəsə verilməyib. Buna görə də hər yerindən duran şəxsin bu barədə öz fikrini irəli sürməyə ixtiyarı yoxdur. İmam Hüseynin(ə) Kərbəladakı qiyamı elə bir işdir ki, onun yaddaşlardan silinməməsiə görə hər il mərasimlər qurub o Həzrəti yad etməyi bizim üçün İslam, Peyğəmbər və imamlar təyin etmişlər. Bu mərasimi təşkil etməyin ixtiyarı heç bir insana, heç bir ölkəyə və heç bir bayrağa adiyyatı yoxdur. Bu hadisənini özünün qara rəngli məxsus bayrağı və özünün məxsus fikri vardır ki, Peyğəmbər və imamlar buyurmuşlar. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Nümunə olaraq onlardan bir neçəsini nəzərnizə çatdırıram.

1. Füzeyl ravilərdən biri idi. O deyir: Bir gün mən İmam Sadiqin(ə) hüzurunda idim. O Həzrət mənə buyurdu: Ey Füzeyl, heç olurmu ki, bir yerdə əyləşib bizim söhbətlərimizdən danışasınız? Dedim: Bəli ağa. İmam buyurdu: Mən elə məclis və yığıncaqları sox sevirəm. Siz çalışın elə məclisləri diri saxlayasınız. Heç vxt qoymayın ki, o məclislər yaddan çıxsın. Allah rəhmət eləsin o insanlara ki, bizim adımızı və sözlərimizi diri saxlayırlır.

قال الرضا(ع): من جلس مجلسا يحيى فيه امرنا لم يموت

قلبه يوم تموت القلوب

2. İmam Rza(ə) buyurur: Hər kim bizim adımızın və sözlərimizin diri qalması üçün təşkil olunan məclisdə əyləşib iştirak etsə, qəlblərin öldüyü bir gündə (Qiyamət günü) həmin şəxsin qəlbi ölməz.

Odur ki, İmam Hüseynin(ə) adı ilə bağlı hər il qurulan məclis və əzadarlıqlardan məqsəd o hadisənin yaddan çıxmamasıdır. Əvvəldə qeyd etdim ki, İmam Hüseynin(ə) Kərbəlada etdiyi qiyam və hərəkatı hadisə deyil. O Həzrətin bu hadisəsinin nə üçün yaddan çıxmamasını açıqlayanda, oradan məlum olar ki, bu hərəkat hadisə deyil.

2-ci sual

İkinci sual budur ki, İmam Hüseyn(ə) şəhid olması ilə öz məqsədinə çatdı. Hər il onun üçün mərasimlər qurulur. Lakin nə üçün biz bu məclis və mərasimləri qara geyib ağlamaqla qeyd etməliyik? İmam Hüseyn(ə) öz məqsədinə çatdığına görə olmazmı ki, biz onun bu mərasimlərini qırmızı və alabəzək paltarlar geyək, şanlıqla keçirək və bir-birimizi təbrik edək?

Cavab

Bu sualın cavabı belədir ki, o mərasimin qurulmasının və məclislərin necə keçirilməsinin ixtiyarı nə bizə verilib nə də hər yerindən duran insana verilib ki, ürəkləri istədiyi kimi bu məclis və mərasimləri qeyd etsinlər. O hadisəni yaradan, hədəfinə çatan, Allah yolunda öz canını qurban verən, öz qanı içində Allaha səcdə edən, oxlanan altı aylıq balasını əllərinin içində tutub Allahla münacat edən həmin şəxsin özü buyurmuşdur ki, mənim adımı tutarkən ağlamaqla tutun. Buna görə də bu mərasimin necə keçirilməsinin ixtiyarı heç kəsə verilməyib. Bu hadisənin və məclislərin öz sahibləri vardır ki, onlar necə əmr ediblərsə eləcə də keçirilməlidir.

Bu məsələyə sübut İmam Hüseynin Kərbəlasından neçə illər öncə Həzrət Peyğəmbərin(s) buyurduğu sözləri və hədisidir.

Bir gün Həzrət Peyğəmbər(s) Mədinə məscidində mənbərdə əyləşib camaata moizə edən zaman gördülər ki, Həzrət Fatimənin məscidə olan evinin qapısı açıldı və İmam Hüseyn(ə) məscidə daxil oldu. O vaxtlar İmam Hüseynin(ə) yaşı çox az idi. O, Peyğəmbəri mənbərdə görüb "baba ya Rəsuləllah!” deyə çağırdı və babasına sarı yüyürdü. Qaçarkən ayağı məscidin həsirinə ilişib yerə yıxıldı. Hüseynin dodaqları yerə dəyib parçalandı. Həzrət Peyğəmbər(s) söhbəti saxladı, mənbərdən yerə düşdü, İmam Hüseyni(ə) qucaqına alıb özü ilə mənbərə çıxartdı. Sonra onun dodaqlarından öpüb ağladı. Həzrət Peybəmbər dəfələrlə İmam Hüseynin(ə) dodaqlarından öpərkən ağlayardı. Soruşdular: Ya Rəsuləllah, niyə ağlayırsan? Həzrət buyurdu: Ona görə ağlayıram ki, bu gün Hüseynin dodaqları yerə dəyib parçalandı, amma bir zaman xeyzəran1 onun dodaqlarını parçalayacaq.

Bir gün Həzrət Peyğəmbər(s) qızı Fatiməyə(s.ə) buyurdu:

يا فاطمة كل عين باكية يوم القيامة الا عين بكت على مصاب الحسين. فإنها ضاحكة مستبشيرة بنعبيم الجنة

Qızım Fatimə, Qiyamət günü bütün gözlər ağlayacaq. Hüseynin müsibətinə ağlayan gözlərdən başqa. Qiyamətin günündə bu gözlər cənnətin nemətlərini görəcək və onlarla şadlanıb güləcək.

Bu sözlər İslamı gətirən Həzrət Peyğəmbərin(s) buyurduğu sözlərdir. Bunları inkar edənlər İslamı da inkar etmiş olurlar. Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm.” Həzrət Peyğəmbərin bu hədisini İslamın bütün firqələri öz kitablarında yazmışlar. Heç kəs deyə bilməz ki, Peyğəmbər(s) bu sözü deməyib.

Buna görə də Həzrət Peyğəmbərin bu sözlərindən açıq aydın məlum olur ki, İmam Hüseynin(ə) müsibəti ağlamaqla yad edilməlidir.

قال الحسين(ع): انا قتيل الأبر لا يذكرنى مؤمن الا بكى

İmam Hüseynin(ə) özü bu barədə belə buyurur: "Mən gözlərdən axan yaşlar üçün öldürülmüşəm. Hər mömin məni ağlamaqla yad etməlidir.”

Bu hədisdə İmam Hüseyn(ə) şəxsən özü buyurur ki, məni xatırladıqda ağlamaqla yad edin. Buna görə də heç kəsin ixtiyarı yoxdur ki, o Həzrətin məclislərinin və necə keçirilməsi barədə öz fikrini irəli sürsün. Əgər bir şəxsin atası və ya yaxın qohumlarından biri dünyasını dəyişirsə, onun məclisini ürəyi istədiyi kimi keçirə bilər. İstər kimisə təbrik edər, istər əlvan paltarlar geyinər, istərsə də şanlıq edər. Bu onun öz işidir. Lakin İmam Hüseynin(ə) məclisinin necə keçirilməsinin ixtiyarı heç kəsə verilmiyib. Onun ixtiyarı İslamın, Peyğəmbərin və imamların əlindədir ki, onlar necə əmr ediblərsə bu məclislər o cür də keçirilməlidir.

Peyğəmbər və İmamların buyurduqlarına əsasən hər il İmam Hüseynin(ə) məclisləri qurulmalı, əzadarlıqlar olmalıdır. Bu məclislərdə camaat yığışıb O Həzrətin qiyamının mahiyyəti barədə bir-birinə sual verib maraqlansınlar. İmam Hüseynin(ə) Kərbəlaya nə üçün getməsindən, Kərbəlanın necə bir yer olmasından, onun nə üçün məhz Kərbəlaya getməsindən soruşub maraqlansınlar. Ondan sonra onun müsibətinə şerlər, mərsiyələr, novhələr deyib ağlasınlar. Çünki İmam Hüseynin(ə) məclisləri bu tərzdə keçirilməli və diri saxlanılmalıdır.

قَالَ الصَّادِقُ(ع): مَا مِنْ اَحَدٍ قَالَ فِى الْحُسَيْنِ شِعْراً فَبَكى وَ اَبْكَى اِلاّ اَوْجَبَ اللهُ لَهُ الْجَنَّة وَ غَفَرَ لَهُ

İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseyn(ə) üçün bir beyt şer deyib ağlasa və kimisə ağlatsa Allah-təala həmin şəxsə Cənnəti vacib edər.

Burada bir incəliyi əziz möminlərin nəzərinə çatdırıram ki, bəzi insanlar elə başa düşməsinlər ki, namaz qılmasalar da belə təkcə İmam Hüseynə(ə) ağlamaqla cənnətə gedəcəklər.bu səhv bir fikirdir. Çünki namazsız insana cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar.

İmam Rza(ə) Dilbər adlı bir şairə buyurdu:

يا دلبر احب انتن شدنى شعر فإن هذه الأيام ايام حذن كانت علينا الأهل البيت

Ey Dilbər, çox istəyirəm ki, İmam Hüseynin(ə) barəsində yazdığın şerlərdən mənə oxuyasan. Çünki bu günlər biz əhli-beytin qəm günləridir.

Sonra Həzrət buyurdu:

من كان يوم العاشورا يوم مصيبته و جذنه و بكائه جعل الله عز و جل يوم القيامة يوم فرحه و سروره

Hər kim Aşura gününü özünə müsibət, qəm və ağlamaq günü qərar verərsə, Allah-təala qiyamət gününü həmin şəxsə sevinc və fərəh günü qərar verər.

Odur ki, Hər il İmam Hüseyn(ə) üçün məclislər qurulmalı, əzadarlıqlar edilməli və o Həzrət ağlamaqla yad edilməlidir.

3-cü sual

Üçüncü sual budur ki, İmam Hüseyn(ə) üçün ağlamağın mənası nədir? Yəni biz o Həzrət üçün hansı mənaya ağlayırıq?

Bu suala cavab verməzdən öncə yaxşı olar ki, ağlamaqın məna və növləri ilə tanış olaq. Ondan sonra nəticədə qeyd edərik ki, bizim İmam Hüseynə(ə) ağlamağımız hansı mənaya uyğun gəlir?
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Kərbəlayı Ağadadaş Xanım Ruqayyə (s. ə ) nin şəhadəti 05 11 2016
Kərbəlayı Ağadadaş Xanım Ruqayyə (s. ə ) nin şəhadəti 05 11 2016
Kərbəlayı Əli Muhərrəm moizəsi 11102016
Kərbəlayı Əli Muhərrəm moizəsi 11102016
Kərbəlayı Əli Muhərrəm moizəsi 06102016
Kərbəlayı Əli Muhərrəm moizəsi 06102016
Kərbəlayı Əli Mühərrəm moizəsi 02102016
Kərbəlayı Əli Mühərrəm moizəsi 02102016
Kərbəlayı  Rza Qədir-Xum bayrami xutbəsi 21092016
Kərbəlayı Rza Qədir-Xum bayrami xutbəsi 21092016
Məşhədi Müslüm - Masallı Musakuçe kənd məscidi Imam Muhəmməd Baqir (ə)-ın şəhadəti 08.09.2016
Məşhədi Müslüm - Masallı Musakuçe kənd məscidi Imam Muhəmməd Baqir (ə)-ın şəhadəti 08.09.2016
Ağadadaş Müslümov İmam Rza (ə)ın mövludu 14082016
Ağadadaş Müslümov İmam Rza (ə)ın mövludu 14082016
Kərbəlayı Əli Cümə moizəsi 06082016
Kərbəlayı Əli Cümə moizəsi 06082016
Kərbəlayı Ağadadaş Müslümov cümə moizəsi 01072016
Kərbəlayı Ağadadaş Müslümov cümə moizəsi 01072016
Kərbəlayı Ağadadaş Muslimov Cumə moizəsi Ramazan 17062016
Kərbəlayı Ağadadaş Muslimov Cumə moizəsi Ramazan 17062016
Ağadadaş Müslümov Cümə moizəsi Ramazan ayı
Ağadadaş Müslümov Cümə moizəsi Ramazan ayı
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Hacı Hikmət Xanim Zəhranın  (s.ə)  şəhadəti 2016
Hacı Hikmət Xanim Zəhranın (s.ə) şəhadəti 2016
Hacı Əhliman Xanim Zəhra (s.ə) şəhadəti 2016
Hacı Əhliman Xanim Zəhra (s.ə) şəhadəti 2016
Hacı Samir Xanim Zəhra (s.ə) şəhadəti
Hacı Samir Xanim Zəhra (s.ə) şəhadəti
Hacı Rəşad Xanım Zəhra (s.ə) şəhadəti
Hacı Rəşad Xanım Zəhra (s.ə) şəhadəti
Kərbəlayı Əli İmam Hüseyn (ə)-ın 7-mərasimi 2015
Kərbəlayı Əli İmam Hüseyn (ə)-ın 7-mərasimi 2015
Kərbəlayı Əli - Məhərrəmlik (5-cü gün) 19.10.2015
Kərbəlayı Əli - Məhərrəmlik (5-cü gün) 19.10.2015
Kərbəlayı Əli - Məhərrəmlik (4-cü gün) 18.10.2015
Kərbəlayı Əli - Məhərrəmlik (4-cü gün) 18.10.2015
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cümə moizəsi [10.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cümə moizəsi [10.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cume moizesi[03.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cume moizesi[03.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 14-ci günü [01.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 14-ci günü [01.07.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 11-ci günü [28.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 11-ci günü [28.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cümə 9-cı günü [26.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının cümə 9-cı günü [26.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 8-ci günü [25.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 8-ci günü [25.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 7-ci günü [22.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 7-ci günü [22.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 6-ci günü [23.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 6-ci günü [23.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 5-ci günü [22.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 5-ci günü [22.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 4-ci günü [21.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 4-ci günü [21.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 3-cü günü [20.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 3-cü günü [20.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 2-ci günü [cümə moizəsi 19.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 2-ci günü [cümə moizəsi 19.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 1-ci günü [18.06.2015]
Kərbəlayi Ağadadaş _ Ramazan ayının 1-ci günü [18.06.2015]
Hacı Samir (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 04032015
Hacı Samir (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 04032015
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 03032015
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 03032015
Kərbəlayı Əli   Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-ın şəhadəti
Kərbəlayı Əli Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-ın şəhadəti
Kərbəlayı Ağadadaş Müslümov Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-ın şəhadəti
Kərbəlayı Ağadadaş Müslümov Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-ın şəhadəti
Daha çox oxumaq istəyirsən? )))