sitename
» » » İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
Saytın xəritəsi Saytın xəritəsi

 

Qasim ibni Əla Azərbaycan əhalisindən idi və Sahibi-Əmrin (ə) vəkaləti şərəfinə nail olmuşdu. Bu dahi insan 117İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili il ömür sürür. Ömrünün 80 ilində gözləri görürdü, ancaq ömrünün qalan hissəsində gözləri kor olmuşdu.

 

Çox təəccüblüdür ki, ölməzdən əvvəl gözləri yenə görməyə başlamışdı.

 

O, Həzrət Hadini (ə) və Həzrət Həsən Əsgərini (ə) ziyarət etmişdir. Ömrünün axırında isə İmam Zaman ağanın (ə.f) vəkili olmuşdur.

 

Qasim Azərbaycanın Ran adlı şəhərində (Zəncanın yanında yerləşir) yaşayırdı.

 

Səfvani nəql edir: "Bir gün mən onun evinə qonaq getdim və süfrə başında əyləşdim. Yemək yedim. Mən yemək yeyirdim ki, qapıçı gəlib İraqdan gələn elçinin müjdəsini verdi. Qasim çox sevindi. Çünki İmam (ə.f) ona hər ay yerinə yetirməli olacağı göstərişləri verirdi. Ancaq iki ay idi ki, heç bir xəbər yox idi. Ona görə də Qasim narahat olmuşdu. Bu xəbər onu sevindirdi. Üzü qibləyə dayanıb, şükür səcdəsi yerinə yetirdi.

 

Elçini Qasimin yanına gətirdilər. Orta boylu və orta yaşlı bir insan idi. Elçi olduğunu üzündən başa düşmək olurdu.

 

117 yaşlı qoca ayağa qalxdı və onu qucaqladı. Çiynindəki çantasını götürdü və əmr etdi ki, təşt gətirsinlər. Özü su tökərək onun üzünü və əllərini yudu, sonra da yanında əyləşdirdi. Hamımız yemək yeməklə məşğul olduq.

 

Yeməyi bitirəndən sonra elçi məktubu çıxartdı və qocanın əlinə verdi. Qasim məktubu alıb, öpdü. Məktubu öz köməkçisinə verdi ki, açıb oxusun.

 

Ancaq məclisdə olan Əbu Abdullah məktubu alıb, özü oxumağa başladı.

 

Səsi tutuldu və halı dəyişdi.

 

Qoca başa düşdü ki, yaxşı xəbər deyildir. Ondan soruşdu: "Xeyirdir?”.

O, dedi: "Bəli, xeyirdir”.

 

Soruşdu: "Mənim haqqımda xəbər vardırmı?”.

Əbu Abdullah dedi: "Kərahət bəsləyəcəyin xəbər yoxdur”.

 

Qoca soruşdu: "Bəs nə xəbərdir?”.

O, dedi: "Xəbər verilmişdir ki, bu məktub sizə çatandan 40 gün sonra dünyanızı dəyişəcəksiniz”.

 

Qasim dedi: "Dinim salamat olacaqdırmı?”.

O, dedi: "Bəli”.

Qasim dedi: "Uzun ömürdən sonra bundan başqasını arzu etmirdim”.

 

Elçi çantasından yeddi ədəd parça çıxartdı və Qasimə verdi.

Məktub ona çatandan yeddi gün sonra güclü hərarəti oldu. Yanında olanlar onun halına ağladılar.

Anidən Qasim səcdəyə gedib, münacat etməyə başladı: "Ya Muhəmməd (s), ya Əli (ə), ya Həsən (ə), ya Hüseyn (ə). Ey mənim sərvərlərim! Siz Allah yanında mənim üçün şəfaətçi olun”.

Bu münacatı iki dəfə təkrar etdi və üçüncü dəfə İmam Kazımın (ə) adını da çəkdi. Qəflətən qaralmış gözləri açıldı və onlardan sarı su axmağa başladı. 40 il korluqdan sonra görməyə başladı.

Üzünü oğlu Həsənə tutub dedi: "Mənə yaxınlaş”. Və orada olanların adlarını bir-bir dedi və hər birinə tərəf işarə etdi.

Bu xəbər şəhərə yayıldı və hamı onu görmək üçün gəlirdi. Qasim öz vəsiyyətnaməsini yazdı və 40-cı gündə dan yeri sökülən zaman dünyasını dəyişdi”. (Həvzəh)

 

/Deyerler.org/

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Niyə Cəmkəran məscidini İmam Zaman ağaya (ə.f) aid edirlər?
Niyə Cəmkəran məscidini İmam Zaman ağaya (ə.f) aid edirlər?
"Fatihə" surəsi ilə müalicə
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Allah yolunda infaq
Allah yolunda infaq
Ayətəl kürsi və onun təsirləri
Ayətəl kürsi və onun təsirləri
29 Mühərrəm 1439. Bu günki hadisələr
29 Mühərrəm 1439. Bu günki hadisələr
Kərbəlada nə baş verib?  Birinci hissə
Kərbəlada nə baş verib? Birinci hissə
Haci Rza Məhərrəm 7 ci gecə Qasim (ə) rozasi
Haci Rza Məhərrəm 7 ci gecə Qasim (ə) rozasi
Kerbelayı Rəmzi Əza məclisi Qasımbəy məscidi 1
Kerbelayı Rəmzi Əza məclisi Qasımbəy məscidi 1
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Tövbə qapısı
Tövbə qapısı
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Yuxunun Şərhi
Yuxunun Şərhi
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Daha çox oxumaq istəyirsən? )))