sitename
» » » Bu gecə "Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var;
Saytın xəritəsi Saytın xəritəsi
Bu gecə "Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var;Bu gecə "Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var;
1. Kəfəmi "Misbah”da deyir:- "İmam Cavadın(ə) belə buyurduğu nəql olunur:- "Rəcəb ayında elə bir gecə var ki, Günəş saçan şeylərin hamısından yaxşıdır və o, bu gecədir. Peyğəmbər bu gecədə peyğəmbərliyə seçilmişdir. Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir”. Həzrətdən soruşdular: "O gecədə hansı əməlləri yerinə yetirmək lazımdır?” Həzrət buyurdu:- ”İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında nə vaxt istəsən ayağa qalxıb on iki rükət namaz qılırsan. Hər rükətdə "Həmd” surəsindən sonra axırda olan kiçik surələrdən ("Məhəmməd” surəsindən sonra axıra qədər olan surələr) birini oxuyursan. Salam verdikdən sonra oturub, hər iki rükətin axırında yeddi dəfə "Həmd”, "Fələq”, "Nas”, "İxlas”, "Kafirun”, ”Qədr” surələrini və "Ayətəl-kürsini” oxumaq lazımdır. Hamını oxuduqdan sonra, bu duanı oxu:
Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!
Sonra istədiyin duanı oxu. Bu gecə qüsl almaq müstəhəbdir və keçən günlərdə (on beşinci gecədə) deyilən namazı da qılmaq yaxşıdır.
2. Bu gecənin ən fəzilətli əməllərindən biri Həzrət Əmirəlmöminin Əlinin(ə) ziyarətidir. Bu gecədə o həzrət üçün üç ziyarət nəql olunmuşdur. Onları "Ziyarətlər” bölməsində gətirəciyik. 
Əhli sünnət alimlərindən biri olan və 600 il bundan əvvəl yaşamış Məhəmməd ibn Bətutə özünün "Rihlətu ibn Bətutə” adlı səfərnaməsində Məkkədən Nəcəfə olan səfərində Əmirəlmöminin(ə) rövzəsi və mübarək qəbri haqqında yazır. Bütün Nəcəfdə yaşayanları rafizi (dindən çıxmış) adlandırır. Amma bu gecənin rövzəsi haqqında kəramətlər zahir olub. Bu gecəni şəhər əhli "Leylətül məhya” (dirçəliş gecəsi) adlandırırlar. Bu gecədə İraqın müxtəlif vilayətlərindən, Xorasandan, Fars şəhərlərindən və Rum vilayətindən bura şil, iflic və düşüb qalmış gəzə bilməyən xəstələri gətirirdilər. İşa namazından sonra bu xəstələrdən otuz-qırx nəfərini Əmirəlmöminin zirehinin yanına gətirərdilər. Bütün camaat ora toplaşardı və bu xəstələrin yaxşı olmasını, ayağa qalxmasının gözləyərdilər. Bəziləri namaz qılmaqa məşğul idilər, bəzisi Quran oxuyurdu, bəzisi isə rövzəyə tamaşa edirdilər. Gecənin yarısı, ya üçdən ikisi keçdikdə bütün bu yerdə yıxılıb qalmış hərəkət edə bilməyən xəstələr hərəkət etməyə başlayırlar və bütün xəstəliklərdən sağalıb deyirlər: "La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah”. Bu çox məşhurdur, mən özüm o gecəni dərk etməmişəm, amma mötəbər insanlardan eşidib və mədrəsələrin birində həzrətin qonaq otağında hərəkət etməyə qadir olmayan üç nəfəri – biri Rumdan, biri İsfahandan, üçüncüsü isə Xorasandan idi, onlardan soruşdum ki, niyə siz sağalmamısınız və burada yıxılıb qalmısınız. Dedilər ki, biz 27-ci gecəyə çata bilmədik. Burada qalıb gələn 27-ci gecəni gözləyib, şəfa alacayıq. Bu gecənin şərafətinə çox şəhərlərdən bura toplaşırlar. On gün müddətində burada böyük bir bazar açılır.
Müəllif deyir:- ”Olmaya özünüzü belə şeylərdən uzaq tutasınız. Bu məşhədlərin (şəhadət yerlərinin) kəramətləri və möcüzələri sayılmaz dərəcədə çoxdur. Keçən ilin 1343 –ci ilin şəvval ayında imamətin səkkizinci parlaq ulduzu həzrət Əliyyibni Musar Rzanın(ə) hərəmində iflic olmuş, hərəkət edə bilməyən, həkimlərin müalicəsindən məyus olmuş üç qadın şəfa tapdılar. Mütəhhər qəbrin möcüzəsi açıq havada parlayan günəş kimi hamıya əyan oldu və necə ki, çöl ərəblərinin üzünə Nəcəf Əşrəfin darvazaları açıldı. Bu məsələ o qədər aydın idi ki, hətta qadınların xəstəliyini təsdiq edən həkimlər öz sözlərini geri götürdülər, əksinə onların tamamilə sağlam olmalarına qol çəkdilər. İxtisara görə bu hadisəni nəql etmirik. Şeyx Hürr Amili bu barədə öz kitabında şeir nəzçə çəkib:
Bu məşhədin bərəkəti nə qədər hamiya aydındır.
Hər gün, dünəni sabahki günü kimidir.
Kor insanın gözü nur tapar, xəstələr şəfa.
Onun hərəminin kandarında dualar qəbur olar. 
3. Şeyx Kəfəmi "Bələdül-əmin”də Məbəs gecəsində bu duanın oxunmasını buyurur:
İlahi, (bu) böyük ayın bu gecəsində əzəmətli təcəllin və kəramətli elçinin vasitəsilə Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, bizim, özümüzdən də yaxşı xəbərdar olduğun günahlarımızı bağışlayasan. Ey hər şeydən xəbərdar olan Allah, biz nadanıq! İlahi, risalət şərəfi ilə fəzilətli etdiyin, Öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gecədə bizə bərəkət ver! İlahi, şərafətli "məbəs”, (həzrət Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün) mərhəmətli ağa və iffətli (təqvalı) şəxsiyyətin vasitəsilə Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, həm bu gecədə, həm də sair gecələrdəki əməllərimizi qəbul edəsən, günahlarımızı bağışlayasan, xeyir işlərimizi yaxşı mükafatlandırasan, günahlarımızın üstünü örtəsən, qəlblərimizə gözəl sözlə (behişt müjdəsi ilə) sevinc bəxş edəsən və ruzimizi Öz tərəfindən asanlıqla bol edəsən! İlahi, Sən (hər şeyi) görürsən, Özün isə görünmürsən, Sən ən uca məqamdasan, qayıdış yeri və işlərin sonu Sənə doğrudur, ölüm və həyat Sənin əlindədir, axirət və dünya Sənə məxsusdur! İlahi, biz zəlil və xar olmaqdan, Sənin qadağan etdiyin işləri görməkdən Sənə sığınırıq! İlahi, biz Sənin rəhmətin vasitəsilə behişti istəyir, cəhənnəm odundan Sənə pənah aparırıq, Öz qüdrətinlə bizi ondan qoru! Səndən (behiştdə) huri istəyirik, belə isə, Öz izzətinlə onu bizə nəsib et, ən bol ruzimizi qocaldığımız zaman, ən gözəl əməlimizi əcəlimiz yaxınlaşan zaman qərar ver, ömrümüzü Sənə itaət, bizi Sənin dərgahına yaxınlaşdıran əməlləri yerinə yetirmək, Sənin dərgahında bəhrələnmək və Sənə yaxın olmaq üçün artır! Bütün hallar və işlərimizdə mərifətimizi kamilləşdir, bizi bəndələrindən heç birinə həvalə (möhtac) etmə ki, bizə minnət qoysun! Bütün dünya və axirət hacətlərimizi rəva et, özümüz üçün Səndən istədiklərimizi öncə əcdadımız, övladlarımız və mömin qardaşlarımıza əta et, ey mehribanların ən mehribanı! İlahi, Səndən istəyir və Sənə Sənin böyük adını və qədim (əbədi) mülkünü and veririk ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən və böyük günahlarımızı bağışlayasan. Həqiqətən, böyük günahları böyükdən başqası bağışlamaz. İlahi, bu əziz Rəcəb ayıdır ki, onunla bizi də əziz etmisən. O, hörmətli ayların birincisidir və bizi ümmətlər arasından həmin ayın vasitəsilə əziz etmisən. Həmd yalnız Sənə məxsusdur, ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Məhəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! İlahi, bizi nicat əhli, xilaskar, qəzəb olunmayan və zəlalətə düşməyənlərdən et! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, məğfirətinin səbəbləri və Özünə vacib etdiyin rəhmətinə xatir mənə günahlardan qoru, məni yaxşı işlərlə faydalandır, behiştə çatdır və cəhənnəm odundan nicat ver! İlahi, Səni çağıranlar çağırdı, mən də çağırdım, Səni istəyənlər istədi, mən də istədim və hacət istəyənlər Səndən hacətini istədi, mən də Səndən hacət istədim! İlahi, Sən mənim etimadım və ümidimsən, dua və arzuların sonu Sənə doğrudur! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, qəlbimə yəqinlik, gözümə nur və sinəmə xeyirxahlıq bəxş et və dilimə gecə və gündüz zikrni cari et, mənə minnətsiz və maneəsiz bol ruzi ver, ruzi verdiklərini bərəkətli et, nəfsimə zənginlik bağışla və məni Öz yanında olanlara rəğbətləndir! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Sonra səcdəyə gedib yüz dəfə deyirsən:
Həmd-səna bizi Öz mərifəti ilə hidayət, Öz vilayətinə məxsus və itaətinə müvəffəq edən Allaha məxsusdur. Ona şükürlər olsun!
Sonra səcdədən başını qaldırıb de:
İlahi, hacətimə görə Səni qəsd etdim, istəyimə görə Sənə etimad etdim və imamlarım və sərvərlərim vasitəsilə Sənə üz tutdum. İlahi, onlara məhəbbətlə bizə faydalandır, bizi onların daxil olduğu yerə daxil et, onlarla yoldaş olmağı bizə nəsib et, bizi onların zümrəsində (onlarla birgə) cənnətə daxil et! Sənə and veririk Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Bu duanı Seyid Məbəs bayramının günü üçün nəql edib.
-------------Ərəbcə-----------
الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَعَاقِدِ عِزِّكَ عَلَى أَرْكَانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ وَ ذِكْرِكَ الْأَعْلَى الْأَعْلَى الْأَعْلَى وَ بِكَلِمَاتِكَ التَّامَّاتِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ 
وَ مَا بَدَا مِنْ بَرَكَاتِ مَشْهَدِهِ 
فِي كُلِّ يَوْمٍ أَمْسُهُ مِثْلُ غَدِهِ 
وَ كَشِفَا الْعَمَى وَ الْمَرْضَى بِهِ 
إِجَابَةُ الدُّعَاءِ فِي أَعْتَابِهِ

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِالتَّجَلِّي [بِالنَّجْلِ‏] الْأَعْظَمِ فِي هَذِهِ اللَّيْلَةِ مِنَ الشَّهْرِ الْمُعَظَّمِ وَ الْمُرْسَلِ الْمُكَرَّمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَغْفِرَ لَنَا مَا أَنْتَ بِهِ مِنَّا أَعْلَمُ يَا مَنْ يَعْلَمُ وَ لا نَعْلَمُ اللَّهُمَّ بَارِكْ لَنَا فِي لَيْلَتِنَا هَذِهِ الَّتِي بِشَرَفِ الرِّسَالَةِ فَضَّلْتَهَا وَ بِكَرَامَتِكَ أَجْلَلْتَهَا وَ بِالْمَحَلِّ الشَّرِيفِ أَحْلَلْتَهَا اللَّهُمَّ فَاِنَّا نَسْأَلُكَ بِالْمَبْعَثِ الشَّرِيفِ وَ السَّيِّدِ اللَّطِيفِ وَ الْعُنْصُرِ الْعَفِيفِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَجْعَلَ أَعْمَالَنَا فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي سَائِرِ اللَّيَالِي مَقْبُولَةً وَ ذُنُوبَنَا مَغْفُورَةً وَ حَسَنَاتِنَا مَشْكُورَةً وَ سَيِّئَاتِنَا مَسْتُورَةً وَ قُلُوبَنَا بِحُسْنِ الْقَوْلِ مَسْرُورَةً وَ أَرْزَاقَنَا مِنْ لَدُنْكَ بِالْيُسْرِ مَدْرُورَةً اللَّهُمَّ اِنَّكَ تَرَى وَ لا تُرَى وَ أَنْتَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ اِنَّ إِلَيْكَ الرُّجْعَى وَ الْمُنْتَهَى وَ اِنَّ لَكَ الْمَمَاتَ وَ الْمَحْيَا وَ اِنَّ لَكَ الْآخِرَةَ وَ الْأُولَى اللَّهُمَّ اِنَّا نَعُوذُ بِكَ أَنْ نَذِلَّ وَ نَخْزَى وَ أَنْ نَأْتِيَ مَا عَنْهُ تَنْهَى اللَّهُمَّ اِنَّا نَسْأَلُكَ الْجَنَّةَ بِرَحْمَتِكَ وَ نَسْتَعِيذُ بِكَ مِنَ النَّارِ فَأَعِذْنَا مِنْهَا بِقُدْرَتِكَ وَ نَسْأَلُكَ مِنَ الْحُورِ الْعِينِ فَارْزُقْنَا بِعِزَّتِكَ وَ اجْعَلْ أَوْسَعَ أَرْزَاقِنَا عِنْدَ كِبَرِ سِنِّنَا وَ أَحْسَنَ أَعْمَالِنَا عِنْدَ اقْتِرَابِ آجَالِنَا وَ أَطِلْ فِي طَاعَتِكَ وَ مَا يُقَرِّبُ إِلَيْكَ وَ يُحْظِي عِنْدَكَ وَ يُزْلِفُ لَدَيْكَ أَعْمَارَنَا وَ أَحْسِنْ فِي جَمِيعِ أَحْوَالِنَا وَ أُمُورِنَا مَعْرِفَتَنَا وَ لا تَكِلْنَا إِلَى أَحَدٍ مِنْ خَلْقِكَ فَيَمُنَّ عَلَيْنَا وَ تَفَضَّلْ عَلَيْنَا بِجَمِيعِ حَوَائِجِنَا لِلدُّنْيَا وَ الْآخِرَةِ وَ ابْدَأْ بِآبَائِنَا وَ أَبْنَائِنَا وَ جَمِيعِ إِخْوَانِنَا الْمُؤْمِنِينَ فِي جَمِيعِ مَا سَأَلْنَاكَ لِأَنْفُسِنَا يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ اِنَّا نَسْأَلُكَ بِاسْمِكَ الْعَظِيمِ وَ مُلْكِكَ الْقَدِيمِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لَنَا الذَّنْبَ الْعَظِيمَ اِنَّهُ لا يَغْفِرُ الْعَظِيمَ إِلا الْعَظِيمُ اللَّهُمَّ وَ هَذَا رَجَبٌ الْمُكَرَّمُ الَّذِي أَكْرَمْتَنَا بِهِ أَوَّلُ أَشْهُرِ الْحُرُمِ أَكْرَمْتَنَا بِهِ مِنْ بَيْنِ الْأُمَمِ فَلَكَ الْحَمْدُ يَا ذَا الْجُودِ وَ الْكَرَمِ فَأَسْأَلُكَ بِهِ وَ بِاسْمِكَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَجَلِّ الْأَكْرَمِ الَّذِي خَلَقْتَهُ فَاسْتَقَرَّ فِي ظِلِّكَ فَلا يَخْرُجُ مِنْكَ إِلَى غَيْرِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ الطَّاهِرِينَ وَ أَنْ تَجْعَلَنَا مِنَ الْعَامِلِينَ فِيهِ بِطَاعَتِكَ وَ الْآمِلِينَ فِيهِ لِشَفَاعَتِكَ اللَّهُمَّ اهْدِنَا إِلَى سَوَاءِ السَّبِيلِ وَ اجْعَلْ مَقِيلَنَا عِنْدَكَ خَيْرَ مَقِيلٍ فِي ظِلٍّ ظَلِيلٍ وَ مُلْكٍ جَزِيلٍ فَاِنَّكَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيلُ اللَّهُمَّ اقْلِبْنَا مُفْلِحِينَ مُنْجِحِينَ غَيْرَ مَغْضُوبٍ عَلَيْنَا وَ لا ضَالِّينَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَزَائِمِ مَغْفِرَتِكَ وَ بِوَاجِبِ رَحْمَتِكَ السَّلامَةَ مِنْ كُلِّ إِثْمٍ وَ الْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَ الْفَوْزَ بِالْجَنَّةِ وَ النَّجَاةَ مِنَ النَّارِ اللَّهُمَّ دَعَاكَ الدَّاعُونَ وَ دَعَوْتُكَ وَ سَأَلَكَ السَّائِلُونَ وَ سَأَلْتُكَ وَ طَلَبَ إِلَيْكَ الطَّالِبُونَ وَ طَلَبْتُ إِلَيْكَ اللَّهُمَّ أَنْتَ الثِّقَةُ وَ الرَّجَاءُ وَ إِلَيْكَ مُنْتَهَى الرَّغْبَةِ فِي الدُّعَاءِ اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلِ الْيَقِينَ فِي قَلْبِي وَ النُّورَ فِي بَصَرِي وَ النَّصِيحَةَ فِي صَدْرِي وَ ذِكْرَكَ بِاللَّيْلِ وَ النَّهَارِ عَلَى لِسَانِي وَ رِزْقا وَاسِعا غَيْرَ مَمْنُونٍ وَ لا مَحْظُورٍ فَارْزُقْنِي وَ بَارِكْ لِي فِيمَا رَزَقْتَنِي وَ اجْعَلْ غِنَايَ فِي نَفْسِي وَ رَغْبَتِي فِيمَا عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
اللَّهُمَّ إِنِّي قَصَدْتُكَ بِحَاجَتِي وَ اعْتَمَدْتُ عَلَيْكَ بِمَسْأَلَتِي وَ تَوَجَّهْتُ إِلَيْكَ بِأَئِمَّتِي وَ سَادَتِي اللَّهُمَّ انْفَعْنَا بِحُبِّهِمْ وَ أَوْرِدْنَا مَوْرِدَهُمْ وَ ارْزُقْنَا مُرَافَقَتَهُمْ وَ أَدْخِلْنَا الْجَنَّةَ فِي زُمْرَتِهِمْ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ


Əlhəmdu lillahilləzi ləm yət-təxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, Əllahummə inni əs`əlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər rəhməti min kitabik, və bismikəl ə`zəmil ə`zəmil ə`zəm, və zikrikəl ə`ləl ə`ləl ə`la, və bi kəlimatikət tammat, ən tusəlli-yə əla Muhəmmədin və alih, və ən təf`ələ bi ma əntə əhluh.
Və ma bəda min bərəkati məşhədihi
Fi kulli yəvmin əmsuhu mislu ğədihi
Və kəşifal əma vəl mərza bihi
İcabətud duai fi ə`tabihi.

Əllahummə inni əs`əlukə bit təcəllil (bin nəclil) ə`zəmi fi hazihil ləyləti minəş şəhril muəzzəm, vəl mursəlil mukər-rəm, ən tusəlliyə əla Muhəm-mədin və alih, və ən təğfirə ləna ma əntə bihi minna ə`ləm, yə`ləmu və la nə`ləm, Əlla-hummə barik ləna fi ləylətina hazihilləti bişərəfir risaləti fəzzəltəha, və bikəramətikə əc-ləltəha, və bil məhəlliş şərifi əhləltəha, Əllahummə fəinna nəs`əlukə bil məb`əsiş şərifi vəs səyyidil lətifi vəl unsuril əfif, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təc`ələ ə`maləna fi hazihil ləyləti və fi sairil ləyali məqbuləh, və zunubəna məğ-furəh, və həsənatina məşkurəh, və səyyiatina məsturəh, və qulubəna bihusnil qəvli məs-rurəh, və ərzaqəna min lədun-kə bil yusri mədrurəh, Əllahummə innəkə təra və la tura, və əntə bil mənzəril ə`la, və innə iləykər ruc`a vəl mun-təha, və innə ləkəl məmatə vəl məhya, və innə ləkəl axirətə vəl u`la, Əllahummə inna nəuzu bikə ən nəzillə və nəxza, və ən nə`tiə ma ənhu tənha, Əlla-hummə inna nəs`əlukəl cənnətə birəhmətikə və nəstəizu bikə minən nar, fəəizna minha biqudrətikə və nəs`əlukə minəl huril iyn, fərzuqna biizzətikə vəc`əl əvsəə ərzaqina ində kibəri sinnina, və əhsənə ə`malina indəqtirabi acalina, və ətil fi taətik, və ma yuqər-ribu iləykə və yuhzi indək, və yuzlifu lədəykə ə`marəna, və əhsin fi cəmii əhvalina və umurina mə`rifətəna, və la təkilna ila əhədin min xəlqikə fəyəmunnə ələyna və təfəzzəl ələyna bicəmii həvaicina lid dunya vəl axirəh, vəbdə` biabaikə və əbnaina və cəmii ixvaninəl mu`min, fi cəmii ma səəlnakə liənfusina ya ərhəmər rahimin, Əllahummə innə nəs`əlukə bismikəl əzim, və mulkikəl qədim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəm-məd, və ən təğirə lənəz zunbəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim, Əllahummə və haza rəcəbul mukərrəmulləzi ək-rəmtəna bihi əvvəlu əşhuril hurum, əkrəmtəna bihi min bəynil uməm, fələkəl həmdu ya zəl cudi vəl kərəm, fə əs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərru fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli bəytihit tahirin, və ən təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi lişəfaətik, Əllahumməhdina ila səvais səbil, vəc`əl məqiləna indəkə xəyrə məqilin fi zilli zə-lil, və mulkin cəzil, fəinnəkə həsbuna və ni`məl vəkil, Əlla-humməqlibna muflihinə mun-cihin, ğəyrə məğzubin ələyna və la zallin, birəhmətikə ya ərhəmər rahimin, Əllahummə inni əs`əlukə biəzaimi məğfirə-tik, və bivacibi rəhmətikəs səlamətə min kulli ism, vəl ğərimətə min kulli birr, vəl fəvzə bil cənnəti vən nəcatə minən nar, Əllahummə dəakəd daun, və dəəvtukə və səələkəs sailun, və səəltukə və tələbə iləykət talibunə və tələbtu iləyk, Əllahummə əntəs siqətu vər rəca, və iləykə muntəhər rəğbəti fid dua, Əllahummə fəsəlli əla Muhəmmədin və alih, vəc`əlil yəqinə fi qəlbi vən nurə fi bəsəri, vən nəsihətə fi sədri və zikrəkə bil ləyli vən nəhar, əla lisani və rizqən vasiən ğəyrə məmnun, və la məhzurin fərzuqni və barik li fima rəzəq-təni, vəc`əl ğinayə fi nəfsi, və rəğbəti fima indək, birəhmətikə ya ərhəmər rahi-min. 

Əlhəmdu lillahilləzi hədana bimə`rifətih, və xəssəna bivila-yətih, və vəffəqəna litaətih, şukrən şukra.

Əllahummə inni qəsədtukə bihacəti, və`təmədtu ələykə bi-məs`ələti, və təvəccəhtu iləykə biəimməti və sadəti, Əllahum-mənfə`na bihubbihim, və əv-ridna məvridəhum, vərzuqna murafiqətəhum, və ədxilnəl cənnətə fi zumrətihim, birəh-mətikə ya ərhəmər rahimin.
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Kazimin (ə) tez icabət olan duası
İmam Kazimin (ə) tez icabət olan duası
Məbəs gününün duası
Məbəs gününün duası
Borcu ödəmək üçün iki dua
Borcu ödəmək üçün iki dua
Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Evdən çıxan zaman deyilən bir neçə dualar haqqında
Cümə gününün əməlləri
Cümə gününün əməlləri
Cümə gününün duası (ərəb və tərcümə)
Cümə gününün duası (ərəb və tərcümə)
Hz. Əmirəl-möminin Əli(ə)-ın Səbah duası ( Ərəb Mətini&Transkripsiyası və tərcüməsi
Hz. Əmirəl-möminin Əli(ə)-ın Səbah duası ( Ərəb Mətini&Transkripsiyası və tərcüməsi
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Ərəfə günü
Ərəfə günü
ƏRAFƏ GECƏSİNİN ƏMƏLƏRİ
ƏRAFƏ GECƏSİNİN ƏMƏLƏRİ
Bu gecə “Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var
Bu gecə “Məbəs” bayramının gecəsidir və onda bir neçə əməl var
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Sabah mübarək Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri
Sabah mübarək Rəcəb ayı daxil olur. Rəcəb ayının əməlləri
İmam Həsənin (ə) duası
İmam Həsənin (ə) duası
Həzrət Əli əleyhissalamın namazı
Həzrət Əli əleyhissalamın namazı
Cümə günü -Həzrət Sahibəzzəman İmam Məhdi (ə.c)-in günüdür ziyarətnaməsi:
Cümə günü -Həzrət Sahibəzzəman İmam Məhdi (ə.c)-in günüdür ziyarətnaməsi:
İmam Zaman əleyhissalamın duası
İmam Zaman əleyhissalamın duası
Bütün ay boyu oxunan  dualar
Bütün ay boyu oxunan dualar
Cümə axşamının duası
Cümə axşamının duası
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
Imam Həsən Əsgəri (ə)-ın Duası
Imam Həsən Əsgəri (ə)-ın Duası
Cümə günün duası
Cümə günün duası
“Əşərat duası”  Ərəbcə Mətini və transkiripsiyası
“Əşərat duası” Ərəbcə Mətini və transkiripsiyası
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zi-hiccə ayının 9-cu gəcəsi
Zi-hiccə ayının 9-cu gəcəsi "Ərafə" axşamının əməllərli
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))