sitename
» » Haqqın ən böyük qələbəsi -Mübahilə
Saytın xəritəsi Saytın xəritəsi

Haqqın ən böyük qələbəsi -MübahiləHaqqın ən böyük qələbəsi -Mübahilə
.
Zilhiccə ayının 24-ü mübahilə günüdür.
.
Mübahilə sözünün mənası budur ki, iki tərəf arasında ixtilaf olduğu zaman haqqlının kim olduğunun hamıya bəlli olması üçün Allaha dua edirlər, bu məzmunla: "İlahi, kim batildirsə hamının görə biləcəyi bəla və müsibəti onun başına gətir."
Qurani-Kərimin 3-cü Ali-İmran surəsinin 61-ci ayəsi Mübahilə ayəsi adlanır.

فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكمُْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتهَِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلىَ الْكَذِبِينَ

"Sənə göndərilən elmdən (məlumatdan) sonra buna dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
.
"İmam Cəfər Sadiq əleyhissalam buyurdu: 
"Nəcran məntəqəsinin xristianları öz başçı, canişin və sair ilə həzrət Muhəmmədin -səllAllahu əleyhi və alihi və səlləm- yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" 
Peyğəmbər(s) buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yemək yeyən, su içən... insan yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə... Əgər Mənim peyğəmbərliyimə inanmırsınızsa Buna görə mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq, yox əgər yalançı olsam Lənət və nifrin məni tutacaq". 
Xristianlar dedilər: "Ədalətli qərardır. 
Sonra mübahilə üçün vaxt təyin etdilər. 
Onlar evlərinə qayıdandan sonra böyükləri dedi: "Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik. Çünki əgər belə olsa, deməli o, peyğəmbər deyil. Amma mübahiləyə Əhli-beyti ilə gələrsə onunla mübahilə etmərik...
Səhər açılandan sonra Peyğəmbərin (s) yanına gəldilər. Gördülər ki, Əmirəlmöminin Əli əleyhissalam, Fatimə əleyhasalam, Həsən əleyhissalam və Hüseyn əleyhissalam Onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər: "Səninlə razılaşırıq, biz mübahilə etməkdə imtina edirik.
Həzərt Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurdu: And olsun Allaha, əgər onlar biz Əhli-beytlə mübahilə etsəydilər, Bizim duamız nəticəsində yer üzündə bir xristian salamat qalmazdı."
Beləliklə, Allahın Peyğəmbəri (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər".
Nurus Səqələyn 1-ci cild 347-ci səhifə
.
Onu da deyək ki, Əhli-sünnənin birinci dərəcəli altmış bir (61) sənəd kitabı vardır. O 61 kitabdan 60-ında aşağıdakı hədis müxtəlif səhabələrdən nəql edilmişdir:

وَلَمَّا نَزَلَتْ هذه الْآيَةُ ﴿فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ ﴾ دَعَا رسول اللَّهِ (صلي الله عليه وآله﴾ عَلِيًّا وَفَاطِمَةَ وَحَسَنًا وَحُسَيْنًا فقال اللهم هَؤُلَاءِ أَهْلِي

"Bu ayə ("Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”) nazil olduqda Allahın Rəsulu (səllAllahu əleyhi və alih) səslənərək Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağırıb dedi: Allahım, mənim Əhli-beytim bunlardır."
Səhihi Müslim 2-ci cild 1042-ci səhifə Kitabul fəzail, fəzailu Əli ibn ƏbuTalib
Sünəni Tirmizi 5-ci cild 225-ci səhifə 2999-cu hədis
Təfsiri Təbəri 3-cü cild 301-ci səhifə
Müsnədu Əhməd ibn Hənbəl 1-ci cild 185-ci səhifə (Misir çapı)
Mustədrəkus səhihəyn 3-cü cild 150-ci səhifə
Durrul mənsur Suyuti 2-ci cild 231-ci səhifə
Təfsiri Kəşşaf Zəməxşəri 1-ci cild 368-ci səhifə
Təfsiri Fəxri Razi 8-ci cild 889-cu səhifə
Təfsiri Ömər Bəyzavi 1-ci cild 163-cü səhifə
Təfsiri Ruhul məani Alusi 3-cü cild 167-ci səhifə
Əl-İsabə İbn Həcər 2-ci cild 503-cü səhifə
Camiul Usul İbn Əsir 9-cu cild 470-ci səhifə
.
Mübahilə günü həm də İmamət bayramıdır. Mübahilə ayəsi əmirəlmöminin Əli əleyhissaslamın Allahın Rəsulundan (s) başqa hamıdan üstün olmasının ən böyük və ən möhkəm sənədidir. Əhli-beytin (ə) düşmənləri tarix boyu bu həqiqətlə barışmaq istəməmiş və məkrli planlarını həyata keçirmək üçün gecə-gündüz çalışmış, saya gəlməz qədər pullar xərcləmişlər. Lakin nəticə onların istəyinin əksi olmuşdur.
Əhli-beytin (ə) düşmənləri təəssüf ki, hələ də tarixdən ibrət götürməmiş buna görə də haqq ilə mübarizələrini davam etdirməkdədirlər. 
Həzərt Muhəmmədin -səllAllahu əleyhi və alihi və səlləm buyurdu:

قالَ النَّبِیُّ صلّی اللّه علیه و آله : یا أبا ذَرٍّ ، مَن أحَبَّنا أهلَ البَیتِ فَلیَحمَدِ اللّهَ عَلى أوَّلِ النِّعَمِ . قالَ : یا رَسولَ اللّهِ ، وما أوَّلُ النِّعَمِ ؟ قالَ : طیبُ الوِلادَةِ ، إنَّهُ لا یُحِبُّنا إلاّ مَن طابَ مَولِدُهُ

"Ey Əbuzər! Kim Biz Əhli-beyti sevirsə, Allah Taalanın ona bəxş etdiyi birinci nemətə görə daima Allah Taalaya şükr etsin.
Əbuzər dedi, Ey Allahın Peyğəmbəri(s), Allahın bizlərə verdiyi birinci nemət hansıdır?
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurdu:
Pak və halalzadə doğulduğuna görə. 
Çünki Biz Əhli-beyti yalnız pak və halalzadə doğulan insanlar sevə bilirlər!"
.
Yənabiul məvəddə (müəllif Qunduzi Hənəfi) 2-ci cild 272-ci səhifə
Şərhu İhqaqul Həqq 18-ci cild 533-cü səhifə
əl-Məhasin əl-Burqi 1-ci cild 138-ci səhifə
əl-Əmali Şeyx Səduq 562-ci səhifə
Təhzibul əhkam 4-cü cild 143-cü cild
Rəvzətul vaizin 271-ci səhifə
Vəsailüş şiə 9-cu cild 547-ci səhifə
Biharul ənvar 27-ci cild 146-cı səhifə
Muntəqil Cəman 2-ci cild 448-ci səhifə
Bəşarətul Mustəfa 272-ci səhifə
Kəşful Ğummə 2-ci cild 28-ci səhifə


Rza Əzizoğlu İrəvaniскачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Mübahilə ayəsi
Mübahilə ayəsi
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Həzrət Fatimənin (ə) çəkinməsi
Həzrət Fatimənin (ə) çəkinməsi
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Əxlaqda bəsirət
Əxlaqda bəsirət
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Mübahilə ayəsi
Mübahilə ayəsi
İmam Rza əleyhissalamın axlaqlından damlalar
İmam Rza əleyhissalamın axlaqlından damlalar
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
Uşağın saçının bir hissəsini keçəl qırxdırmağın və bir hissəsini tüklü saxlamağın hökmü nədir?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Novruz barədə yeddi qeyd
Novruz barədə yeddi qeyd
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
Mübahilə günü
Mübahilə günü
Daha çox oxumaq istəyirsən? )))