Shia.az SonUmidTv media
» » » Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
Русская версия сайта Русская версия сайта
sitename

Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?

Qısa cavab:Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?

Əliyyun məəl-həqq" ("Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi.


Ətraflı cavab:

"Əliyyun məəl-həqq" ("Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik:

1 - Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbərin (s) onun barəsində belə buyurduğunu eşitdim:

 

عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ

"Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)

 

2 - Heysəmi həmin məzmunlu hədisi sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2)

3 - İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: "Peyğəmbərin (s) "Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3)

4 - Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: "Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə uçan zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: "Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: "Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim:

 

عَلِىٌّ مَعَ الْحَقِّ وَالْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ وَلَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ

"Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)

 

5 - Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:

 

اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ... وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

"Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol... Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)

 

6 - Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:

 

رَحِمَاللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

"Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)

 

7 - Fəxr Razi öz təfsirində yazır:

"Əli ibn Əbutalibin həmişə "Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (s)-in buyurduğu bu sözdür:

 

اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ

"Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)

 

8 - Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin "Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (s) İmam Əlinin barəsində buyurdu: "Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8)

9 - Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (s) Əliyə işarə edərək buyurdu: "Haqq onunladır, haqq onunladır.” (9)

10 - Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: "Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11)


Qeydlər:

1. "Tarixu Bəğdad”, cild, 14, səh. 321.
2. "Məcməuz-zəvaid”, 7-ci cild, səh. 236.
3. "Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 73.
4. "Rəbiul-əbrar”, 1-ci cild, səh. 828.
5. "Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877.
6. "Mustədrək”, Hakim, 3-cü cild, səh. 135, hədis: 4629; Camiu Tirmizi, 5-ci cild, səh. 592, hədis: 3724.
7. "Ət-təfsirul-kəbir”, 1-ci cild, səh. 205.

8."Kifayətut-talib”, səh. 265, bab 62; Mənaqibu Xarəzmi”.
9. "Musnədi Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052; "Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35.
10. "Məcməuz-zəvaid”, 9-cu cild, səh. 134.
11. Əli Əsgər Rizvani, "İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 421.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
Haqqın ən böyük qələbəsi -Mübahilə
Haqqın ən böyük qələbəsi -Mübahilə
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Namazda torpağa səcdə etmək nə deməkdir?
Namazda torpağa səcdə etmək nə deməkdir?
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI
ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
HZ ƏLİYƏ(Ə)OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Daha çox oxumaq istəyirsən? )))