Shia.az SonUmidTv media
sitename

20 Yanvar 1990 -ci il(Qanlı Yanvar)

 

 

1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

 

 

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.

20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.

Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

 


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
AZADLIĞA  GEDƏN YOLUN ŞƏHİDLƏRİ
AZADLIĞA GEDƏN YOLUN ŞƏHİDLƏRİ
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi  Yanvarın 11-i 2015
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi Yanvarın 11-i 2015
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi FOTOLENT
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi FOTOLENT
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Azərbaycanın tanınmış ilahiyyatçı alimi,Hacı Əhliman Rüstəmov Azərbaycan xalqını təbrik edib
Azərbaycanın tanınmış ilahiyyatçı alimi,Hacı Əhliman Rüstəmov Azərbaycan xalqını təbrik edib
Bakıda Quran Gecəsi keçiriləcək
Bakıda Quran Gecəsi keçiriləcək
Bakı və Abşeron üfüqü ilə Yanvar ayı üçün Namaz vaxtı
Bakı və Abşeron üfüqü ilə Yanvar ayı üçün Namaz vaxtı
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Nəhcül Bəlağə xütbə 3
Nəhcül Bəlağə xütbə 3
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Nəhcül Bəlağə xütbə-1
Nəhcül Bəlağə xütbə-1
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))