Shia.az SonUmidTv media
» » Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?
Русская версия сайта Русская версия сайта
sitename

Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?

Qısa cavab:

Əxlaqı saflaşdırmağa birbaşa təşviq edən ayələr əxlaqi səciyyələrin dəyişməsi imkanına tutarlı dəlildir. Misal üçün: "قد افلح من زکیها و قد خاب من دسیها”; "Hər kim nəfsini saflaşdırsa, nicat tapıb və nəfsini günaha bulaşdıran kəs isə məyus və məhrum olub”. İslam hədislərində də mövzu ilə əlaqədar şəffaf ifadələr gözə dəyir. O cümlədən, bir hədisdə Allah Rəsulunun (s) səhabələrindən biri Cərir ibn Abdullaha buyurur:
"انک امرء قد احسن الله خَلقک فاحسن خُلقک”
"Allah sənə gözəl sima verib, əxlaqını da sən gözəlləşdir!”.

 


Ətraflı cavab:

Quran ayələri və hədislər aşkar şəkildə əxlaq dəyişkənliyin mümkün olmasını göstərir:
1- Peyğəmbərlərin gəlişi, elçilərin göndərilməsi, səmavi kitabların endirilməsi özü-özlüyündə və ümumi olaraq bütün insanların tərbiyəsi, hidayəti istiqamətində öhdələndikləri vəzifələr bəşərin tək-tək fərdlərinin əxlaqi fəzilətlərinin tərbiyə və təkamülü imkanına ən möhkəm dəlildir.


"هُوَ الَّذى بَعَثَ فِى الاْمِّیِینَ رَسُولا مِنْهُم یَتْلُوا عَلَیْهِمْ آیاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتابَ وَالْحِکْمَهَ وَاِنْ کانُوا مِنْ قَبْلُ لَفِى ضَلال مُبِیْن” (1), (2)


"Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün Odur ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.”


Bu və ya digər ayələr Allah Rəsulunun (s) peyğəmbərlik hədəfinin açıq zəlalət və azğınlıqda olan insanların hidayəti, tərbiyəsi, təlimi və təzkiyəsi olduğunu çox gözəl bəyan edir.
2- Bütün bəşərə "یا بَنى آدَمَ” (Ey Adəm övladı), "یا اَیُّها النّاسُ” (Ey insanlar), "یا اَیُّها الاْنْسانُ” (Ey insan) və "یا عِبادى” (Ey bəndələrim) kimi ifadələrlə xitab edən, eləcə də göstərişlər, qadağalar, nəfsi saflaşdırmaqla əlaqəli məsələlər və əxlaqi fəzilətləri özündə ehtiva edən ayələr əxlaqi rəzilətlərin dəyişməsi, xoşagəlməz xüsusiyyətlərin islahı imkanına ən gözəl sübutdur. Əks təqdirdə, bu xitabların ümumi olması bihudə iş olar.
Mümkündür belə deyilsin ki, belə ayələr, adətən, hökmlərlə bağlıdır. Əxlaq daxili səciyyələrin göstəricisi olduğu halda əhkam praktiki yönləri ilə seçilir.
Yaddan çıxarmamalıyıq ki, "əxlaq” və "əməl” bir-biri ilə sıx bağlıdır, səbəb-nəticə kimidir və qarşılıqlı təsirə malikdirlər. Hər gözəl əxlaq yaxşı əməllərdən qaynaqlanır. Necə ki, əxlaqi rəzilət çirkin əməllərin nəticəsidir. Qarşılığında əgər yaxşı və pis işlər təkrarlanarsa, tədricən yaxşı və pis xarakterə, xüsusiyyətə çevrilər.


3- Əxlaqın dəyişməsinin mümkünsüzlüyünə inam "cəbrə” (icbarilik) etiqadla nəticələnir; mənası budur ki, yaxşı və pis əxlaqa sahib olanlar onu dəyişməyə qadir deyillər. Əməllərini əxlaqlarının inikası olduğunu nəzərə alsaq, yaxşı və pis görməkdə məcburdurlar, eyni halda yaxşıları yerinə yetirmək və pisləri tərk etməklə vəzifələndiriliblər. Bu, tam icbardır. Cəbr məktəbinin bütün fəsadları buna da aiddir (3).


4- Əxlaqı düzəltməyə birbaşa təşviq edən ayələr əxlaqi səciyyələrin dəyişməsi imkanına tutarlı dəlildir. Misal üçün: "Hər kim nəfsini saflaşdırsa, nicat tapıb və nəfsini günaha bulaşdıran kəs isə məyus və məhrum olub” (4).
"دسّیها” kəlməsi "دسّ” və "دسیسه” maddəsindən götürülüb əsl mənası "xoşagəlməz şeyin başqa şeylə qarışması”dır. Misal üçün, belə deyilir:


"دسّ الحنطه بالتراب”


"Buğdanı torpağa qarışdırdı”.


Bu ifadə insan təbiətinin paklıq və təqvadan yana olduğunu, çirkinlik və əxlaqi rəzilətlərin kənardan ona nüfuz etdiyini və hər ikisinin dəyişmə istedadını ortaya qoyur.
"Fussilət” surəsinin 34-cü ayəsində buyurulur:


"اِدْفَعْ بِالَّتى هِىَ اَحْسَنُ فَاِذاَ الَّذى بَیْنَکَ وَبَیْنَهُ عَداوَهٌ کَاَنَّهُ وَلِىٌّ حَمِیْمٌ”


"Pisliyi yaxşılıqla kənarlaşdır. Anidən (görəcəksən ki) aranızda düşmənçilik olan şəxsi, sanki səmimi və isti (və köhnə) dostundur!”.


Yuxarıdakı ayə dərin ədavət və düşmənçiliyin insan əxlaqında kök saldığı təqdirdə, məhəbbət və ləyaqətli davranış sayəsində isti və köklu dostluqlara çevirməyin mümkünlüyünü çox gözəl göstərir. Əgər əxlaq dəyişməz olsaydı, bu qeyri-mümkündü.
İslam hədislərində də bu xüsusda aşkar ifadələr qeyd edilib. Misal üçün:


1. Məşhur "اِنّى بُعِثْتُ لاِتَمِّمَ مَکارِمَ الاْخْلاقِ” (5) – "Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm”. – hədisi əxlaqi səciyyələrin dəyişmə imkanına şəffaf dəlildir.
2. Bir çox hədislər yaxşı xüsusiyyətə təşviq edir, o cümlədən: nəbəvi hədisdə deyilir:


"لَوْ یَعْلَمُ الْعَبْدُ ما فى حُسْنِ الْخُلْقِ لَعَلِمَ اَنَّهُ یَحْتاجُ اَنْ یَکُونَ لَهُ خُلْقٌ حَسَنٌ” (6)


"Əgər bəndələr yaxşı əxlaqın faydalarını bilsəydi, ona möhtac olduqlarına əmin olardılar”.


3. Peyğəmbərdən (s) nəql edilən digər hədisdə buyurulur:


"اَلْخُلْقُ الْحَسَنُ نِصْفُ الدِّینِ” (7)


"Gözəl əxlaq dinin yarısıdır”.


4. Əmirəl-möminin Əli (ə) buyurur:


"اَلْخُلْقُ الْمَحْمُودُ مِنْ ثِمارِ الْعَقْلِ، اَلْخُلْقُ الْمَذْمُوْمُ مِنْ ثِمارِ الْجَهْلِ” (8)


"Gözəl əxlaq ağıl və savadlılığın meyvəsidir, pis əxlaq isə cəhl və nadanlığın səmərəsi”.


Elm və cəhlin dəyişkən olduğunu nəzərə alsaq, onda əxlaq onlardan asılı olaraq dəyişəcəkdir.
5. Allahın Rəsulundan (s) nəql edilən başqa bir hədisdə gəlib:


"اِنَّ الْعَبْدَ لَیَبْلُغُ بِحُسْنِ خُلْقِهِ عَظیمَ دَرَجاتِ الاْخِرَهِ وَشَرَفَ الْمَنازِلِ وَاِنَّهُ لَضَعیفُ الْعِبادَهِ” (9)


"Allah bəndəsi gözəl əxlaq sayəsində axirətin ali dərəcələrinə və ən yaxşı məqamlarına çatır. Halbuki ibadət cəhətindən zəif ola bilər”.


Bu hədisdə ilk növbədə gözəl əxlaqla ibadətin müqayisəsi, ikinci növbədə axirətin ali dərəcələrini – hansı ki qəti olaraq insanın ixtiyari işlərinə bağlıdır – xatırlatmaq, üçüncü növbədə gözəl əxlaqı qazanmağa təşviq hamısı birgə əxlaqın icbari, ilzami və ixtiyardan xaric olduğunu deyil, qazanılan nəsnə olduğunu göstərir! (Diqqət edin).
Bu qəbildən olan hədislər, aşkar və mənalı ifadələr məsumların (ə) kəlamlarında çox gözə dəyir (10). Bütün bunlar əxlaqın dəyişkən olduğunu göstərir, əks təqdirdə bu təbirlər, təşviqlər mənasız olardı.
6. Yenə Peyğəmbərdən (s) nəql edilən digər bir hədisdə Həzrət (s) səhabəsi Cərir ibn Abdullaha belə buyurur:


"انک امرء قد احسن الله خَلقک فاحسن خُلقک”


"Allah sənə gözəl sima verib, əxlaqını da sən gözəlləşdir!” (11).


Sözün qısası, hədis kitablarımız insan əxlaqının dəyişməsinin mümkünlüyünə dəlalət edən hədislərlə doludur (12).
Bu bəhsi Əmirəl-möminin Əlinin (ə) əxlaqi fəzilətlərə təşviq edən bir hədisi ilə sonlandırırıq. İmam Əli (ə) buyurur:


"حُسْنُ السَّجـِیَّهِ وَ اجْتِـنابُ الدَّنِـیَّهِ” (13)


"İnsanın dəyər və səviyyəsi bəyənilən əxlaqı və xoşagəlməz əxlaqdan qaçması ilədir” (14).

 

Qeydlər:

İstifadə edilmiş ədəbiyyat:
1- "Cumə” surəsi, 2-ci ayə.
2- "Ali-İmran” surəsinin 164-cü ayəsi eyni məzmundadır.
3- Müraciət edin: "əl-Kafi” (Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubil-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 1, səh. 155 (الجبر و القدر و الأمر بين الأمرين...) babı; "Kəşful-murad fi təcridil-itiqad”, Əllamə Hilli, (tədqiqatçı və korrektor: Ayətullah Həsənzadə Amuli, "ən-Nəşrul-İslami” müəssisəsi, "Cəbr” məktəbinin fəsadları barədə qəzavü-qədər bəhsi.)
4- "Şəms” surəsi, 9 və 10-cu ayə.
5- "İrşadul-qulub” (Deyləmi, Həsən ibn Məhəmməd, tərcümə: Mustərhəmi, Hidayətullah, "Mustafa” nəşriyyatı, Tehran, üçüncü nəşr, 1970), c. 1, səh. 174, fəsil 18. (Loğmanın vəsiyyətləri və Allah Rəsulunun (s) moizələri...).
6- "Biharul-ənvar”, Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, "Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1403 h.q. ikinci nəşr), c. 10, səh. 369 fəsil 20 (ما كتبه صلوات الله عليه للمأمون من محض الإسلام و).
7- Yenə orada, c. 68, səh. 385, fəsil 92 (حسن الخلق و تفسير قوله تعالى إنك لعلى خلق عظيم).
8- "Ğurərul-hikəm və durərul-kiləm”, Təmimi Amidi, Əbdul Vahid ibn Məhəmməd, (tədqiqatçı və korrektor: Rəcayi, Seyid Məhdi, "Darul-kitabil-İslami”, Qum, ikinci nəşr, 1410 h.q.), səh. 69, hədis 1328.
9- "əl-Məhəccətul-bəyza fi təhzibil-ihya”, Molla Muhsin Feyz Kaşani, (tədqiqatçı və korrektor: Əli Əkbər Qəffari, "Camieyi-mudərrisin” İslam nəşriyyatı müəssisəsi, Qum, dördüncü nəşr, 1417 h.q.), c. 5, səh. 93 (و أما الأخبار).
10- "əl-Kafi”, Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, (tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubil-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 2, səh. 99, (حسن الخلق) babı. Bu xüsusda on səkkiz hədis nəql edib.
11- "Biharul-ənvar”, (Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, "Daru əhyait-tərasil-ərəbi”, Beyrut, 1403 h.q. ikinci nəşr), c. 68, səh. 394 fəsil 92 (حسن الخلق و تفسير قوله تعالى إنك لعلى خلق عظيم).
12- "əl-Kafi”, Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, (tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubil-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 2, səh. 99, (حسن الخلق) babı.
13- "Ğurərul-hikəm və durərul-kiləm”, Təmimi Amidi, Əbdul Vahid ibn Məhəmməd, (tədqiqatçı və korrektor: Rəcayi, Seyid Məhdi, "Darul-kitabil-İslami”, Qum, ikinci nəşr, 1410 h.q.), səh. 87, hədis 1674.
14- Ayətullah Nasir Məkarim Şirazinin "Quranda əxlaq” kitabından iqtibas edilib ("İmam Əli ibn Əbi Talib (ə)” mədrəsəsi, Qum, ilk nəşr, 1998), c. 1, səh. 34.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
İmam Rzanın (ə) misilsiz əxlaq nümunəsi
İmam Rzanın (ə) misilsiz əxlaq nümunəsi
Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
Əxlaq alimləri zikir üçün hansı mərhələ və dərəcələr bəyan edirlər?
“Mələkut” sözünün mənası nədir?
“Mələkut” sözünün mənası nədir?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Gözəl əxlaq ən böyük mirasdır
Gözəl əxlaq ən böyük mirasdır
Salamın mənası .
Salamın mənası .
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Tanınmış əxlaq ustadı Höccətül-islam Hüseyni vəfat edib
Tanınmış əxlaq ustadı Höccətül-islam Hüseyni vəfat edib
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Ayətullah Məkarim Şiraziyə görə Novruz bayramının mahiyyətinə bir baxış
Ayətullah Məkarim Şiraziyə görə Novruz bayramının mahiyyətinə bir baxış
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Novruz bayramı hədislərdə
Novruz bayramı hədislərdə
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))