Shia.az SonUmidTv media
» » Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?
Русская версия сайта Русская версия сайта
sitename

Ətraflı cavab:Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə qısa nəzər salmaqla başa düşmək olar ki, bütün peyğəmbərlərin canişinləri mütəal Allah tərəfindən təyin olunur. Burada həmin ayələrindən bir neçəsini qeyd edirik:

 

1.وَاجْعَلْ لِی وَزِیراً مِنْ اَهْلِی * هارُونَ اَخِی * اُشْدُدْ بِهِ اَزْرِی * وَاَشْرِکْهُ فِی اَمْرِی * کَیْ نُسَبِّحَکَ کَثِیراً * وَنَذْکُرَکَ کَثِیراً * اِنَّکَ کُنْتَ بِنا بَصِیراً * قالَ قَدْاُوتِیتَ سُوْلَکَ یا مُوسى

 

"(Musa dedi:) Öz ailəmdən mənim üçün bir vəzir qərar ver – qardaşım Harunu. Onunla arxamı möhkəmlət, onu işlərimdə şərikim qərar ver ki, Sənə çoxlu təsbih deyək, Səni çox yad edək. Çünki Sən həmişə bizim halımızdan agahsan və bizi görürsən.” (Allah) buyurdu: "Ey Musa! İstədiklərin sənə verildi!”(1)

 

Musa peyğəmbər"Öz ailəmdən mənim üçün bir vəzir qərar ver – qardaşım Harunu”ifadəsi ilə Allahdan istəyir ki, qardaşı Harunu onun canişini (vəsi) qərar versin. Allah-taala da onun istəyini qəbul edir. Bu da göstərir ki, peyğəmbərlərin vəzirlik və canişinlik məqamı Allahın təyini ilə gerçəkləşən ilahi bir məqamdır.

 

2.وَاِذِ ابْتَلى اِبْراهِیمَ رَبُّهُ بِکَلِمات فَاَتَمَّهُنَّ قالَ اِنِّی جاعِلُکَ لِلنّاسِ اِماماً قالَ وَمِنْ ذُرِّیَّتِی قالَ لا یَنالُ عَهْدِی الظّالِمِینَ

 

"(Yada sal) o zaman ki, Pərvərdigarı İbrahimi müxtəlif imtahanlarla sınaqdan keçirtdi və İbrahim onların öhdəsindən tamamilə gəldikdə, Allah buyurdu: "Mən səni insanlar üçün rəhbər və imam qərar verdim.” İbrahim dedi: "Mənim ailəmdən də (imamlar qərar verəcəksən)?!” Allah buyurdu: "Mənim əhd-peymanım (imamət) zalımlara çatmaz (ləyaqətli olanlardan başqa.)”(2)

 

"Mən səni insanlar üçün rəhbər və imam qərar verdim”ifadəsindən aydın olur ki, imam yalnız Allah tərəfindən təyin olunur. Çünki Allah-taala onu şəxsən özü insanlara rəhbər qərar vermişdir. Buna görə də insanlara vacibdir ki, həyatlarının bütün sahələrində imama tabe olsunlar.

 

3.فَفَهَّمْنها سُلَیْمانَ وَ کُلاّ ءاتَیْنا حُکْماً وَ عِلْماً وَ سَخَّرْنَا مَعَ داوُدَ الْجِبَالَ یُسَبِّحْنَ وَ الطَّیْرَ وَ کُنّا فاعِلینَ

 

"Biz onun (gerçək hökmünü) Süleymana başa saldıq. Onların hər birinə mühakimə ləyaqəti və çoxlu elm verdik. Dağları və quşları Davudun ixtiyarına verdik ki, onunla birlikdə (Allaha) təsbih deyirdilər. Biz bu işə qadir idik.”(3)

 

Bu ayə də bəyan edir ki, Süleymanla Davuda hikmət və elmi yalnız Allah bəxş etmişdir ki, bu hikmət və elm əsasında camaata rəhbərlik edərək onlara düzgün yol göstərsinlər.

 

4. Həmçinin, Allah-taala Yusif peyğəmbərin Yəqub üçün canişin, Bəni-İsrail üçün peyğəmbər seçilməsi barəsində buyurur:

 

وَکَذلِکَ یَجْتَبِیکَ رَبُّکَ وَیُعَلِّمُکَ مِنْ تَاْوِیلِ الاْحادِیثِ وَیُتِمُّ نِعْمَتَهُ عَلَیْکَ وَعَلى آلِ یَعْقُوبَ کَما اَتَمَّها عَلى اَبَوَیْکَ مِنْ قَبْلُ اِبْراهِیمَ وَاِسْحاقَ اِنَّ رَبَّکَ عَلِیمٌ حَکِیمٌ

 

"Beləcə, Pərvərdigarın səni seçdi, yuxuların təbirini sənə öyrətdi və Öz nemətini sənə və Yəqub ailəsinə tamamladı və kamil etdi. Necə ki, bundan əvvəl ata-babalarına – İbrahimə və İshaqa tamam etmişdi. Şübhəsiz, sənin Pərvərdigarın elm sahibi və hikmətlidir.”(4)

 

5.وَ جَعَلْناهُمْ اَئِمَّهً یَهْدُونَ بِاَمْرِنا وَ اَوْحَیْنآ اِلِیْهِمْ فِعْلَ الْخَیْراتِ وَ اِقامَ الصَّلَوهِ وَ اِیتآءَ الزَّکَوهِ وَ کَانُوا لَنَا عَابِدینَ

 

"Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər. Yaxşı işlər görməyi, namazı bərqərar edib zəkat verməyi onlara vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.”(5)

 

"Və onları insanlara imamlar – rəhbərlər qərar verdik” təbirindən aydın olur ki, bu rəhbərlər insanları haqqa-həqiqətə və ilahi göstərişlərə doğru hidayət etmək üçün məhz Allah tərəfindən təyin olunmuşdular. (6)

Qeydlər:

1. "Taha” surəsi, 29-36.
2. "Bəqərə” surəsi, ayə: 124.
3. "Ənbiya” surəsi, ayə: 79.
4. "Yusuf” surəsi, ayə: 6.
5. "Ənbiya” surəsi, ayə: 73.
6. Əli Əsğər Rizvani, "İmamşünaslıq və şübhələrə cavab”, (9), səh. 150.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası
Həzrət Məhdinin (ə.f) Fitr bayramındakı duası
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
İbadətdə şirkin meyarı və əsası nədir?
İbadətdə şirkin meyarı və əsası nədir?
İkinci yazı  Vəhy barəsində
İkinci yazı Vəhy barəsində
Sınaq ayəsi
Sınaq ayəsi
Yoxsulluq yaxşıdır, yoxsa pis?
Yoxsulluq yaxşıdır, yoxsa pis?
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması
Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması
Kamil qadın - xanım Məsumə
Kamil qadın - xanım Məsumə
Şəfaət nədir? Hansı növ şəfaətlər var?
Şəfaət nədir? Hansı növ şəfaətlər var?
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Nə üçün Allah uşağı imam təyin etdi?
Nə üçün Allah uşağı imam təyin etdi?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Əhli-beytin (ə) vücud həqiqəti
Əhli-beytin (ə) vücud həqiqəti
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
Daha çox oxumaq istəyirsən? )))