Shia.az SonUmidTv media
» » » Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Русская версия сайта Русская версия сайта
sitename
"Zumər” surəsində Allah-Taala buyurur:Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?

 


وَ اَشْرَقَتِ الْاَرْضُ بِنُورِ رَبِّها

"Həmin gün yer (üzü) öz Rəbbinin nuru ilə işıqlanacaq.” (1)

Ayədə "İşraq” və "İlahi nurla işıqlanmaq” ifadələrinin təfsiri ilə bağlı müxtəlif izahlar verilmişdir. Onların üçü daha çox əhəmiyyət daşıyır:

1. Bəzi təfsir alimlərinə görə "Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Allah-Taala yer üzünü həmin gün onunla nurlandıracaq.
2. Mərhum Əllamə Məclisi qələmə aldığı "Bihar əl-ənvar” kitabında yazır:


اَىْ اَضائَتِ الاَرْضُ بِعَدْلِ رَبِّها یَوْمَ الْقِیامَهِ لِاَنَّ نُورَ الاَرْضِ بِالْعَدْلِ


"Yəni, Qiyamət günü yer üzü ilahi ədalətlə aydınlaşacaq. Çünki yerin işıqlanması ədalətlədir.”


Bəzi alimlər Peyğəmbərin bir hədisini buna sübut göstərirlər. Hədisdə deyilir:


الظُّلْمُ ظُلُماتٌ یَوْمَ الْقِیامَهِ


"Zülm qiyamətdə zülmət kimi təcəssüm edəcək.”


Zəməxşəri "Kəşşaf” adlı təfsir kitabında həmin şərhi məqbul sayaraq yazır: "Həmin gün yer ədalətin bərpası, yaxşı və pis işlərin mühakiməsi ilə işıqlanar.”
2. Bəzilərinə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur.
3. "Əl-Mizan” təfsirinin görkəmli müəllifi Əllamə Təbatəbai yazır: "Yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil cəhətdən aşkarlığı nəzərdə tutulur. Sözü gedən nur Qiyamət gününə aid hadisələrdəndir.
Daha sonra hadisəyə "Qaf” surəsinin 22-ci ayəsini sitat gətirir:


لَقَدْ کُنْتَ فِی غَفْلَه مِنْ هذا فَکَشَفْنا عَنْکَ غِطاءَکَ فَبَصَرُکَ الْیَوْمَ حَدِیدٌ


"Biz pərdəni sənin gözlərin önündən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür.”


Qiyamət günü ilahi nur hər şeyə aid olsa da ayədə yerin adı xüsusi hallanır. Ayənin məqsədinin Qiyamət günü yer üzündəki insanların halını işıqlandırmaq olması, buna səbəbdir.
Sözsüz ki, təfsirlər arasında heç bir ziddiyyət yoxdur və onları bir yerə toplamaq mümkündür. Bununla yanaşı birinci və üçüncü təfsir daha məqsədə uyğundur. (2)


Qeydlər:

1. "Zumər" surəsi, ayə 69.
2. "Nümunə təfsiri”, cild 19, səh. 567.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Tövhidin dərəcələri: (2-ci hissə)
Tövhidin dərəcələri: (2-ci hissə)
Yaxınlaşan gün
Yaxınlaşan gün
Axirətdə Peyğəmbərin (s) razılığı
Axirətdə Peyğəmbərin (s) razılığı
Qiyamət günü xanım Fatimeyi-Zahra (s.a) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər
Qiyamət günü xanım Fatimeyi-Zahra (s.a) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər
Rəbbin mənası nədir?
Rəbbin mənası nədir?
Ziyan günü
Ziyan günü
Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?
Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?
Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?
Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?
Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Qiyamət günü tənha qalan insanlar
Qiyamət günü tənha qalan insanlar
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaqdır?
Qiyamət günü sevinənlərdən olmaq üçün
Qiyamət günü sevinənlərdən olmaq üçün
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
QİYAMƏTDƏ NUR İÇİNDƏ MƏHŞƏRƏ GƏLMƏK İSTƏYİRSƏN ?
QİYAMƏTDƏ NUR İÇİNDƏ MƏHŞƏRƏ GƏLMƏK İSTƏYİRSƏN ?
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Kimlər Qiyamət günü kor məhşur olacaqlar?
Kimlər Qiyamət günü kor məhşur olacaqlar?
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Doğru yol İmam Əlinin (ə) özüdür!
Doğru yol İmam Əlinin (ə) özüdür!
Allah-Taala qiyamət günü üç qrup insanla düşmənçilik edər
Allah-Taala qiyamət günü üç qrup insanla düşmənçilik edər
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Mübahilə günü
Mübahilə günü
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Daha çox oxumaq istəyirsən? )))