Shia.az SonUmidTv media
» » » Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Русская версия сайта Русская версия сайта
sitename

 Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır? Ətraflı cavab:

Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:

1.Zikir: unutqanlığın antonimi kimi. Rağib İsfahaninin "Mufrədat” kitabında yazdığına görə, zikir insanın əldə etdiyi maarifi qoruyub saxlamasına icazə verən və ehtiyac zamanı onu zehində hazır edən bir haldır. Bu hal bəzən qəlblə, bəzən də dillə yerinə yetirilir.

3.Fiqh: bəzən mütləq düşüncə kimi izah edilir. "Lisanul-ərəb” kitabında bu fikir qeyd edilib. Amma "Mufrədat” kitabına əsasən, "fiqh” mövcud və hazır mövzuların köməkliyi ilə gizli mövzuları bilmək mənasındadır. Deməli, "fiqh” sübutla əldə edilən elmdir (əlbəttə, terminoloji mənada fiqh İslam hökmləri haqqında elmdir).
4.Şüur: "Qamus”, "Lisanul-ərəb”, "Məqayisul-lüğət” müəllifləri və s. lüğətçi "şüur”u elm və məlumat kimi mənalandırmışlar, amma Rağib öz "Mufrədat” kitabında zikir hissi kimi məna etmişdir. Əgər məqsəd daxili hissdirsə, başqalarının şərhi ilə elə də fərqi olmayacaq. Quranın bir çox ayələrində də həmin mənada (elm) işlənmişdir, baxmayaraq ki, bəzi digər ayələrdə xarici hiss mənasında işlənib.
5.Bəsirət: "bəsər” sözündən götürülüb. Rağibin yazdığına görə üç mənada gəlib: göz və görmə qüvvəsi, idrak qüvvəsi və elm.
Bəziləri isə belə yazır: həqiqi mənası elmdir, istər hissi müşahidələrlə qazanılmış olsun, istərsə də, elm və ağılla (1).
Bəsirət kəlməsi, xüsusilə elm və qəlbi idrak mənasında işləndiyinə görə "Lisanul-ərəb”də o, qəlbi etiqad mənasında gəlib.
Bəziləri də zəka kimi izah ediblər.
Quran ayələrində də sözügedən kəlmə həmin mənada işlənir:
"قُلْ هَذِهِ سَبِیلِی اَدْعُو اِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِیرَهٍ اَنَا وَمَنِ اتَّبَعَنِی” (2)
"De: Bu mənim yolumdur! Mən və mənə tabe olanlar tam bəsirətlə Allaha tərəf dəvət edirik”.
6.Dirayət: Ümumi mənada elm və bilik, yaxud məxfi məsələlərdə elm və bilik mənasındadır. Zirəklik mənasında da işlənib. "Məqayisul-lüğət” kitabından istifadə edilir ki, orijinal mənası bir şeyə diqqət etməkdir. Sonra bir şey barəsində bilgi mənasında gəlib. Qurani-kərimdə də dəfələrlə elm mənasında işlədilib.
Qeyd edilənlərdən məlum olur ki, Quranda ağıl üçün işlədilən kəlmələr elm və idrak məfhumunu çatdırır. Hansı ki müxtəlifdirlər və elmin prizmalarından birinə işarə etdiklərindən dolayı həmin prizmaya uyğun istifadə olunublar.
Söhbət dəqiq məlumatdan gedirsə, orada "dirayət”, təhlil və araşdırmadan gedirsə, "fikir”, bir gizli həqiqətin aşkar həqiqətlə öyrənilməsindən gedirsə, "fiqh”, bilgidən məqsəd onu yadda saxlamaqla yanaşı olsa, orada "zikir” kəlməsindən istifadə edilir. Bu tərtiblə, hər kəlmənin öz yeri və məqamı vardır.
Bu məqamı da diqqətdən qaçırmamaq lazımdır ki, Qurani-kərimdə ağıl xüsusunda işlədilən kəlmələrin silsiləvi dərəcələri vardır. Hansı ki sadə dərk mənasında "şüur”dan başlayıb aşkar məsələlərlə nəzəri məsələlərin dərki mənasını verən "fiqh” dərəcəsinə çatır. Bundan sonra həqiqətləri təhlil və tədqiq edən "fikir” dərəcəsinə varır. Daha sonra isə qoruyub saxlamaq mənasında olan "zikir” dərəcəsinə yetişir. Bundan da üstün dərəcə "nuha” yəni həqiqətlərin dərin dərki, ardınca da "bəsirət” yəni dərin görüş dərəcələri gəlir. Fəsahət və bəlağət də elə budur (3)!


İstifadə edilmiş ədəbiyyat
:1-"ət-Təhqiq fi kəlimatil-Quranil-kərim”, Mustəfəvi, Həsən, ("Kitab nəşri və tərcüməsi” evi, Tehran, 1981), c. 1, səh. 280 "bəsər” maddəsi.
2-"Yusif” surəsi, 108-ci ayə. Eyni mənanın istifadə edildiyi digər ayələr: "Qiyamət” surəsi, 14-cü ayə, "Ənam” surəsi, 104-cü ayə, "Əraf” surəsi, 102-ci ayə və "İsra” surəsi.
3-Ayətullah Nasir Məkarim Şirazinin "Quranın mesajı” kitabından iqtibas edilib. ("Darul-kutubul-İslamiyyə, Tehran, doqquzuncu nəşr, 2007). c. 1, səh. 145

 2.Fikir: düşünmək və ağılın fəaliyyəti. Rağib İsfahaninin "Mufrədat” kitabında yazdığına əsasən, "fikir” elmi məluma doğru aparan bir qüvvədir. Bir qrup filosofların nəzərincə təfəkkür və düşüncənin həqiqəti iki hərəkətdən ibarətdir: hər mövzunun müqəddimələrinə doğru hərəkət, sonra isə həmin müqəddimələrdən nəticəyə doğru hərəkət. Əşyanı öyrənməyə və bilməyə xidmət edən bu iki hərəkətin məcmusu fikir adlanır.


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Mələkut” sözünün mənası nədir?
“Mələkut” sözünün mənası nədir?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QURANDA İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖCÜZƏLƏRİ
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
İrfanda xirqə məhfumu
İrfanda xirqə məhfumu
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Bəsirət və uzaqgörənlik
Bəsirət və uzaqgörənlik
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
İSLAMIN MƏNASI
İSLAMIN MƏNASI
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))