Shia.az SonUmidTv media
» » » İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?
Русская версия сайта Русская версия сайта
sitename

(Ayətullah Misbah Yəzdinin əxlaq dərslərindən)İnsan qəflət pərdəsinin arxasından çıxmasa, nə baş verər?

 

Hələ qədim zamanlardan bəri əxlaq və din alimləri əxlaqi mövzularını üç dəstəyə bölmüşdülər: şəhvət, qəzəb və ağıl.

Əxlaq filosofları yunan filosoflarından ilham alaraq deyirlər ki, hər bir şeydə etidala riayət olunduğu kimi, əxlaq mövzularında da ifrat və təfrit etmək olmaz. Misal üçün, şücaət fəzilətli sifətdir, onun ifrat və təfriti iki rəzil sifətin meydana gəlməsinə səbəb olur. Biri qorxaqlıqdır, biri isə sərtlik və kobudluqdur.

Allahın insan varlığında qərar verdiyi hər bir qüvvənin hikməti vardır. Ona görə də hər biri öz yerində istifadə olunmalıdır. Əgər öz vəzifəsinə görə istifadə olunmazsa, bor yerə xəlq olunmuş kimi olar. Bəzən insan bir qüvvəsini gücləndirmək üçün o qədər səy göstərir ki, qalan qüvvələri unudar və qəflət edir. Şübhəsiz ki, bu ifrat insana yaraşmaz və əslində, heyvani hisslərinin təsirindəndir. Allah insana ağıl vermişdir.

Aqil insan ancaq qarnını və üst-başını düşünməklə kifayətlənməz, o, başqa ehtiyaclarına da nəzər salar.

 

Qurani-Kərim insanın rəzil sifətləri olan qəflət, üsyan, cəhalət kimi sifətlərinə çox diqqət edir. "Doğrudan da Biz cin və insanların çoxunu (sanki)cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün)baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. ("Əraf” 179).

 

O zaman ki, insan axirət əzablarını görər ona deyərlər ki, bu, həmin o şeydir ki, sənə dünyada dəfələrlə deyir və yada salırdıq. Ancaq sən qəflət pərdəsi arxasında idin və indi həmin pərdəni kənara çəkmişik və gözlərin görməyə başlamışdır. "Və deyərlər: «Əgər Biz (həqiqətən) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq»”. ("Mulk” 10).

 

Qəflət o şeydir ki, insana həqiqətləri gizlədər və onu başqa yersiz işlərlə məşğul olmağa vadar edər. Qafil insan öz ağlından faydalanmaz və heyvani hisslərinə daha çox üstünlük verər.

 

Qafil insan əvvəl özünü unudar, sonra isə Allahını. O kəs ki, özünü unudar, insanlığını unudar və kim olduğunun həqiqətinə diqqət etməz. Onun həyatı, mahiyyətcə heyvanların həyatından fərqlənməz. Dünyanın maddi cazibəsi onu o qədər özünə cəzb edər ki, başqa şeyi düşünməz və nə üçün xəlq olduğunu unudar. Belə bir insan nə dünyada və nə də axirətdə səadət üzü görməz. Halbuki, Allah Təala Öz peyğəmbərlərini (ə) məhz insanları qəflətdən ayıltmaq üçün göndərmişdi.

 

Hər kim onların nəsihətlərinə diqqət edər – saədətə çatar. Hər kim qəflətdə olmağa davam edər – məğlub olanlardan olar. /Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
Ədəbin ədalət və ehsan qaydası – Ayətullah Cavadi Amulinin əxlaqi tövsiyələrindən
İnsanın Bərzəx gözü necə olur?
İnsanın Bərzəx gözü necə olur?
Qafillərlə dostluq
Qafillərlə dostluq
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Niyə Allah Öz dinini İslam adlandırmışdır?
Niyə Allah Öz dinini İslam adlandırmışdır?
Ağıllı insan ilə nadanın fərqi nədir?
Ağıllı insan ilə nadanın fərqi nədir?
Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?
Həqiqi gözəllik deyildikdə, nə nəzərdə tutulur?
Qəflət, yaxud ilk bəla
Qəflət, yaxud ilk bəla
Allahı gözlə görmək olarmı?
Allahı gözlə görmək olarmı?
Qiyamət günü tənha qalan insanlar
Qiyamət günü tənha qalan insanlar
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?
Qafillər ən rəzil varlıqlardır
Qafillər ən rəzil varlıqlardır
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Din alimi olmağın meyarı nədir?
Din alimi olmağın meyarı nədir?
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Uca Allahın verdiyi vədlər
Uca Allahın verdiyi vədlər
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Həzrət Abbasa (ə) xas olan 4 xüsusiyyət
Həzrət Abbasa (ə) xas olan 4 xüsusiyyət
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Söyüş söyməyi necə müalicə etmək olar?
Söyüş söyməyi necə müalicə etmək olar?
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İnsanı Allahdan qafil edən 7 səbəb
İnsanı Allahdan qafil edən 7 səbəb
Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
"İnsan" Qur'ani-Kərimin nəzərində (6)
"İnsan" Qur'ani-Kərimin nəzərində (6)
Bəsirət və uzaqgörənlik
Bəsirət və uzaqgörənlik
Əməl ilə cəza arasında olan uyğunluq
Əməl ilə cəza arasında olan uyğunluq
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
Daha çox oxumaq istəyirsən? )))