Shia.az SonUmidTv media
sitename

Həccacın məclisində cəsur qadın

Mən Allahdan qorxduğum kimi heç bir kəsdən qorxmuram
Bəni Üməyyəyə qarşı qalxmış üsyançılar öldürüdü və bir neçəsi əsir düşdü. Üsyançı əsirlər arasında Ümmü Əlqəmə adlı bir qadın da var idi. Onu Həccacın hüzuruna gətirdilər. Məclisdə olanlardan biri dedi: - Ey qadın, Həccaca itaət edərək onun qarşısında təzim et. Yoxsa onun qəzəb və əzabından amanda qalmayacaqsan.Həccacın məclisində cəsur qadın
Qadın Qurani-kərimin bu ayəsini tilavət etdi: "Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!” ("Ənam” surəsi, ayə 26)
Bu vaxt Həccac üsyançı qadına dedi: - Ey Allahın düşməni, öz qılıncınla insanları öldürmüsən və düşünülməmiş iş görmüsən.
Qadın ona cavab verərək dedi: - Mən Allahdan qorxduğum kimi heç bir kəsdən qorxmuram. Allahdan bu qorxum mənim nəzərimdə səni milçəkdən də kiçik və xar etmişdir.
Qadın bu sözləri deyərkən, başını aşağı salmışdı. Həccac ona dedi: - Başını yuxarı qaldır və mənə bax.
Qadın dedi: Allah Taalanın baxmadığı bir kəsə baxmağı xoşlamıram. 
Həccac məclis iştirakçılarına xitab edərək dedi: - Ey Şam əhli! Bu qadının qətlə yetirilməsi barədə fikriniz nədir?
Dedilər: - Onu öldürmək icazəli və qanını tökmək halaldır. 
Qadın Həccaca dedi: - Qardaşının yoldaşları və məclisinin iştirakçıları sənin məclisinin adamlarından daha yaxşı idilər. 
Həccac dedi: - Mənim qardaşım kimdir?
Qadın dedi: - Firon. O, məclis iştirakçıları ilə həzrət Musa (ə) barədə məşvərət etdikdə, dedilər: "Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla”. ("Əraf” surəsi, ayə 111 və "Şuəra” surəsi, ayə 36)
Bu sözlərdən hiddətlənən Həccac onun qətlinə fərman verdi. (1)
Həccac, Bəni Üməyyənin sərkərdələrindən olmuş, çoxlu ağır cinayətlər törətmişdir. Tarixçilərin yazdığına görə o İraqa vali kimi göndəriləndə camaatı toplayaraq bismillahsız xütbə oxumuş, İraq camatını bərk təhqir etmiş, onları təfriqəçi, nifaqçı, qaniçən adlandırmış, ölümlə təhdid etmişdir. Sonra da Bəsrəyə döyüşə getmələrini əmr edib demişdi ki, hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir! Mən beli bükülmüş, zəif bir qocayam və bir neçə gənc övladım müharibədə iştirak edir. Onlardan birini mənim yerimə hesab et və məni bu müharibədə iştirak etməkdən azad et. Hələ qocanın sözü qurtarmamışdı ki, Həccac əmr etdi qocanın boynunu vurdular və sərvətini, var-dövlətini müsadirə etdilər.
Tarixçilərin yazdığına görə Həccac doxsan beşinci (h.q) ilində 20 illik hakimiyyətdən sonra ölərkən bu müddətdə onun əmrilə qətlə yetirilənlərin sayı (müharibələrdə ölənlərdən başqa) yüz iyirmi min nəfəri ötürdü və həbsxanalarında əlli min kişi və otuz min qadın var idi. (2)
1. "Muhaziratul-udəba”, c. 3, səh. 143.
2. Məsudi, Mürucuz-zəhəb c-3. səh-134. İbn Əsir, Əl-Kamilu fit-tarix c-4. səh-34. İbn əl-Cövzi, Səfinətul-bihar c. 1. səh. 222.

Hazırladı: Seyid Zahir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
Həzrət Süleyman (ə) və sərçə
Həzrət Süleyman (ə) və sərçə
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Altı şey altı yerdə qəribdir
Altı şey altı yerdə qəribdir
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis
Merac gecəsi qadınlar haqqında maraqlı bir hədis
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Altı şey altı yerdə qəribdir
Altı şey altı yerdə qəribdir
Hicabın tarixi
Hicabın tarixi
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Vay halına çəkidə və ölçüdə aldadanların!
Vay halına çəkidə və ölçüdə aldadanların!
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Hadinin(ə) fəziləti
İmam Hadinin(ə) fəziləti
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Qadının insani məqamı
Qadının insani məqamı
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Qadının iddəsi :
Qadının iddəsi :
Xocalı faciəsi Soy qırım
Xocalı faciəsi Soy qırım
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))