Shia.az SonUmidTv media
sitename

 

AŞURA ORUCU:
müstəhəb yoxsa məkruh?

Aşura gününün orucu ciddi mübahisə doğuran məsələlərdən biridir. Əksəriyyəti əhli-sünnə məzhəbindən olan müsəlmanlar bu gün oruc tutmağın sünnət olduğuna inanır və bunu Həzrət Mühəmməd Peyğəmbərin (s) adı ilə bağlayırlar. Rəvayətə görə, hicrətdən sonra Peyğəmbərimiz Mədinə yəhudilərinin aşura günü oruc tutduqlarını görüb səbəbini soruşur. Cavab verirlər ki, bu gün Həzrət Musanın (ə) başçılığı altında Bəni-İsrail qövmünün fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər buyurur: "Musaya mən sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni Musa Peyğəmbərin (ə) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)”. Bundan sonra o həzrət, aşura günü oruc tutmağı müsəlmanlara əmr edir (bax: Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2004).
Ümmül-möminin Aişə bu fikirdə ki, aşura günü oruc tutmaq ənənəsi cahiliyyə dövründə də var imiş. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu (Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2001-02).
Aşura orucu ilə bağlı əhli-sünnə mənbələrində rast gəlinən bir hədisi də xatırlamaq yerinə düşər: İbn Abbas rəvayət edir ki, Peyğəmbər aşura günü özü oruc tutub müsəlmanlara da bunu əmr edəndə o həzrətə dedilər: "Ey Allahın Rəsulu! Bu, elə bir gündür ki, yəhudilər və xristianlar onu əziz tuturlar”. Peyğəmbər buyurdu: "Elə isə inşaAllah gələn il ayın doqquzuncu günü oruc tutaram”. Amma növbəti il çatmazdan əvvəl Peyğəmbər dünyasını dəyişdi. Bu hədisi Rumani "Cəmül-fəvaid” kitabında (hədis 2976) Səhihü Müslimə isnadən verib. Həqiqətən, Səhihü Müslimdə bu hədis mövcuddur (hədis 1134 (2666)).
Göründüyü kimi, əhli-sünnə mənbələrində aşura orucunun Peyğəmbər zamanında mövcud olduğunu, o həzrətin bu gün oruc tutub müsəlmanlara da bunu əmr etdiyini bildirən hədislər arasında ziddiyyət vardır. Hadisənin müxtəlif variantlarından ayırd etmək olmur ki, aşura orucunu Peyğəmbər nə zamandan bəri tutmuşdur: cahiliyyə dövründənmi yoxsa hicrətdən sonramı? Eləcə də, axırda verdiyimiz hədisdə səhabələrin aşura orucunu yəhudi və xristian dəbi kimi təqdim edib Peyğəmbərə irad tutmaları, Peyğəmbərin də sanki bundan sonra peşman olub "gələn il ayın doqquzunda günündə oruc tutaram” deməsi inandırıcı görünmür. Səhabələrin sözü ilə öz fikrini dəyişdirən, səhvini boynuna alan və səhvini düzəltməyə imkan tapmadan vəfat edən Peyğəmbər obrazı İslamın təqdim etdiyi Peyğəmbər obrazı ilə düz gəlmir. 
Bəzi mənbələrdə məsələ daha da dolaşıq şəklə salınaraq, yalnız aşura günündə oruc tutmaq bəyənilməz sayılır, amma ondan əvvəlki və sonrakı günlərlə birlikdə 3 gün ardıcıl oruc tutmaq məsləhət görülür. Bu barədə məlumatlar hədis qismindən deyil, ayrı-ayrı səhabələrə aid edilən rəylərdir. Bax: Rumani. Cəmül-fəvaid, hədis 2978 (Əhməd ibn Hənbəlin "Müsnəd”inə və Heysəminin "Məcməüz-zəvaid”inə istinadən).
Bəzi mənbələrdə keçmiş peyğəmbərlərin sevinc və xilas günlərindən bir neçəsinin aşuraya təsadüf etməsi barədə də rəvayətlər var. Məsələn, Həzrət Adəmin (ə) tövbəsinin qəbul edilməsi, tufandan sonra Həzrət Nuhun (ə) gəmisinin quruya çıxması, Bəni-İsrailin firondan qurtulması, hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) hicrəti və s. Amma səhih və mötəbər rəvayətlər bu deyilənlərin həqiqiətə uyğun olmadığını göstərir. Hicrət tarixinin dəqiq olaraq aşuraya təsadüf etməməsi isə bu kimi rəvayətlərin etibarsız olduğunu tam sübuta yetirir. Üstəlik, Əhli-beyt imamlarından da yuxarıdakı hadisələrin aşura günündə baş vermədiyini bildirən xəbərlər mövcuddur. Məsələn, İmam Cəfər Sadiq (ə) aşura orucunu bidət adlandıraraq buyurub: "Həmin gün ona görə oruc tutulmaz ki, nə səmavi kitab nazil olmayıb, nə də Ali-Ziyadın sünnəsindən əlavə sünnə gəlməyib”. Burada "Ali-Ziyad” ifadəsi İmam Hüseynin (ə) üzərinə qoşun göndərən Kufə valisi Übeydullah ibn Ziyada və onun tərəfdarlarına işarədir. onların sünnəsi isə - İmam Hüseynin (ə) qətlinə sevinmək və şükr niyyəti ilə oruc tutmaqdır (əl-Kafi, IV, 146). 
Cəfəri məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə kitablarda belə izah olunur: İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti lə həmin gün oruc tutmaq dəbini qoydular. Amma imamlar həmin günü bayram kimi qeyd etmirdilər ki, buna görə Allaha şükr etmələri və oruc tutmaları lazım gəlsin. 
Bu barədə dörd ən mötəbər hədis məcmuəsindən (kütübi-ərbəə) biri, Şeyx Küleyninin topladığı "əl-Kafi” kitabından bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.
İmam Rzadan (ə) rəvayət edilən bir hədisdə buyurulur: "...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.
İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər "əl-Kafi” kitabındandır, "Kitabüs-Siyam”, "Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147).
Doğrudur, bu arada şiə mənbələrində aşura günü oruc tutmağı təşviq edən bəzi rəvayətlərə də rast gəlirik. Elə o səbəbdən, bəzi müctəhidlər aşura günü sevinc və şadyanalıq niyyəti ilə deyil, hüzn və matəm niyyəti ilə bir neçə saat oruc tutmağı caiz bilmişlər. Lakin bununla yanaşı söyləmişlər ki, orucu sona çatdırmaq olmaz və günortadan sonra mütləq orucu açıb iftar etmək lazımdır. Müasir tədqiqatçılar bu cür hədisləri təqiyyə ilə izah etmişlər. Təqiyyə odur ki, imamlar ehtiyat üzündən bəzi sözləri hakim tərəfin, xəlifələrin mövqeyinə uyğun olaraq söyləyirdilər. "Əl-Kafi” kitabında yuxarıdakı hədislərin verildiyi səhifələrin ətək yazısında Əllamə Məclisiyə aid şərh də bunu göstərir.

Rəhimov Natiq.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Böyük oruc neməti
Böyük oruc neməti
Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Leylətul-Rəğaib
Leylətul-Rəğaib
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Qiyamət günündə nə sual veriləcək ?
Qiyamət günündə nə sual veriləcək ?
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Kimdir müsəlman?
Kimdir müsəlman?
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))